ƏLYAZMALAR İNSTİTUTUNUN ONLINE XİDMƏTLƏRİ HAQQINDA ANONS! » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN ONLINE XİDMƏTLƏRİ HAQQINDA ANONS!

26.03.20. Oxunma sayı: 44 ELANLAR
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 14 mart 2020-ci il tarixli qərarına (ölkə ərazisində bəzi sosial izolyasiya tədbirləri) əsasən respublikanın bütün elmi tədqiqat müəssisələri, o cümlədən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu iş fəaliyyətini müvəqqəti dayandırmışdır.

Covid-19 (Corona virus) virusunun dünyada yayılması səbəbindən əksər dünya və ölkə müəssisələri online iş rejiminə keçmişdir.

Bununla əlaqədar AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu bir sıra sosial platformalarda, o cümlədən Twitter-də (#ElyazmalarInstitutu heşteqi ilə)Facebook-da Sizinlə online ünsiyyət yaradır.

Sözügedən online əlaqə vasitələri ilə yanaşı aşağıdakı elektron poçt ünvanlarına İnstitutun fəaliyyəti ilə bağlı Sizi maraqlandıran sualları göndərə bilərsiniz.

info@manuscript.az
direction50@mail.ru


Eləcə də, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun rəsmi internet səhifəsinə (www.manuscript.az) daxil olmaqla lazımi məlumatları əldə etmək mümkündür.
OXŞAR XƏBƏRLƏR:

09.12.19 ƏLYAZMALAR İNSTİTUTU DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR
09.04.19 “YAZILI ABİDƏLƏRİN GÖRKƏMLİ TƏDQİQATÇISI HƏMİD ARASLI” MÖVZUSUNDA ELMİ SESSİYA KEÇİRİLƏCƏK
14.03.19 “CƏFƏR CABBARLI – 120 İLLİK YUBİLEYİ, YAXUD MƏNBƏLƏRƏ YENİ BAXIŞ” MÖVZUSUNDA ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLƏCƏKDİR
12.02.19 AMEA MƏHƏMMƏD FÜZULİ ad. ƏLYAZMALAR İNSTİTUTUNDA İMADƏDDİN NƏSİMİNİN 650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLƏCƏK
11.12.18 İNSTİTUT DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla