PAŞA KƏRİMOV MƏDƏNİYYƏT TV-DƏ ƏLYAZMALARIN BƏRPASI VƏ QORUNMASININ ƏHƏMİYYƏTİNDƏN DANIŞIB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



PAŞA KƏRİMOV MƏDƏNİYYƏT TV-DƏ ƏLYAZMALARIN BƏRPASI VƏ QORUNMASININ ƏHƏMİYYƏTİNDƏN DANIŞIB

13.03.20. Oxunma sayı: 117 MEDİA
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov martın 12-də Mədəniyyət TV-nin canlı efirində yayımlanan “Səhərçağı” verilişinə dəvət alıb. Alim milli-mənəvi dəyərimiz olan əlyazmalardan, Əlyazmalar İnstitutu tərəfindən onların əldə olunma, qorunma yollarından, aparılan tədqiqat işlərindən danışıb.
Hal-hazırda Əlyazmalar İnstitutundakı yeniliklər haqqında məlumat verən Paşa Kərimov bildirib: “Biz bir çox dünya ölkələri ilə birbaşa əlaqə saxlayırıq. Dünyanın müxtəlif kitabxanalarında saxlanılan əlyazmalarımızı nəinki əldə edirik, surətlərini gətirib ölkəmizdə tədqiq edirik, onları çap edirik, eyni zamanda xarici ölkələrdə saxlanılan əlyazmalarımızın kataloqlarını tərtib edirik”.
Kataloqlaşdırma istiqamətində indiyədək görülən uğurlu işlərin adlarını çəkən direktor müavini hazırki dövrdə də davam edən araşdırmalar barəsində, eləcə də xarici ölkələrlə birgə əməkdaşlıq layihələrindən danışıb.
Əlyazmaların bərpası və qorunması ilə bağlı aparıcıların ünvanladığı suala ətraflı cavab verən Paşa Kərimov bu sahənin hədsiz gərəkli olduğunu vurğulayıb. Bildirib ki, əlyazmanın növünü, tarixini müəyyənləşdirmək, onu zərərvericilərdən, çürümədən qorumaq asan iş deyil və ona görə də gənc tədqiqatçılar bu işlə məşğul olmaqdan çəkinirlər; lakin institutumuzun Əlyazmaların gigiyenası və bərpası laboratoriyasında bu işi bacaran mütəxəssislər çalışır. “Əlyazmaların tədqiqi bizim özümüzün tədqiqidir” fikrini səsləndirən alim əlyazmaların bərpasıvə qorunması prosesinin əhəmiyyətini bir daha diqqətə çatdırıb.
Verilişdə adıgedən laboratoriyanın iş prosesini əks etdirən görüntülər də nümayiş olunub.


OXŞAR XƏBƏRLƏR:

30.01.20 ULU ÖNDƏRIN SOLMAZ OBRAZI TƏSVIRI SƏNƏTDƏ
22.01.20 AKADEMİK TEYMUR KƏRİMLİ MƏDƏNİYYƏT KANALINDA ƏLYAZMALAR İNSTİTUTUNUN UĞURLARINDAN BƏHS EDİB
22.11.19 AKADEMİK TEYMUR KƏRİMLİ LENT.AZ SAYTINA MÜSAHİBƏ VERİB
14.06.19 PROFESSOR PAŞA KƏRİMOV MİLLİ QURTULUŞ GÜNÜ İLƏ BAĞLI "AzərTAC"A MÜSAHİBƏ VERİB
06.03.19 AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla