ƏLYAZMALAR İNSTİTUTUNDA QADIN ŞAİRLƏRİN ƏSƏRLƏRİNDƏN İBARƏT SƏRGİNİN AÇILIŞI OLUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNDA QADIN ŞAİRLƏRİN ƏSƏRLƏRİNDƏN İBARƏT SƏRGİNİN AÇILIŞI OLUB

06.03.20. Oxunma sayı: 155 TƏDBİRLƏR
Martın 6-da AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycanın məşhur qadın şairlərinin əlyazmalarından ibarət sərginin açılışı olub.
Sərgidə Əlyazmalar İnstitutunda, eləcə də ölkəmizin digər müəssisələrinin arxivlərində mühafizə olunan on qadın şairin əlyazmalarıvə arxiv fotoları nümayiş olunub.
Sərgini giriş nitqi ilə açan institutun direktoru, akademik Teymur Kərimli müəssisənin qadınlardan ibarət kollektivini qarşıdan gələn 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
Sərgi institutun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları tərəfindən təşkil olunub. Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova çıxışında sərgidə əməyi keçən əməkdaşlara – Nəzrin Rzayeva, Sevinc Dadaşova və Əsmər Həsənovaya təşəkkürünü bildirib.
Qeyd edək ki, sərginin nümayişi mart ayının ortalarınadək davam edəcək.


OXŞAR XƏBƏRLƏR:

24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla