MƏMMƏD SƏİD ORDUBADİNİN AZƏRBAYCAN TARİXİ HAQQINDA YAZDIĞI MƏQALƏLƏR NƏŞR OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



MƏMMƏD SƏİD ORDUBADİNİN AZƏRBAYCAN TARİXİ HAQQINDA YAZDIĞI MƏQALƏLƏR NƏŞR OLUNUB

06.03.20. Oxunma sayı: 292 NƏŞRLƏR
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbiyyatımızda tarixi roman janrının banisi Məmməd Səid Ordubadinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı şəxsi arxivində saxlanılan Azərbaycan tarixinə dair məqalələri kitab şəklində nəşr olunub.
Məqalələri ərəb əlifbasından transfoneliterasiya edib nəşrə hazırlayan, kitabı tərtib edən və ön sözün müəllifi Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Nailə Səmədovadır. Nəşrin elmi redaktoru tarix üzrə elmlər doktoru, professor Şahin Fazil, rəyçiləri Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifli və tarix üzrə elmlər doktoru Məryəm Seyidbəylidir.
Kitabda Məmməd Səid Ordubadinin avtoqraf nüsxələri əsasında Azərbaycan və İran tarixi, məşhur şəxsiyyətlər və dövlət adamlarına dair yazdığı məqalələr təqdim olunub. Ədibin qədim Midiya dövləti,Təbriz şəhəri, İran inqilabı və Qara Məlik, Qaradağlı Camal, Səttar xan, Molla Pənah Vaqif, Şəmsəddin Təbrizi kimi tarixi şəxsiyyətlər haqqında dəyərli araşdırmaları maraq doğurur.
OXŞAR XƏBƏRLƏR:

27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
19.11.19 “MƏDƏNİ, TARİXİ DƏYƏRLƏR SİSTEMİNDƏ İNFORMASİYA MƏDƏNİYYƏTİ VƏ KİTABXANALAR” ADLI NƏŞR İŞIQ ÜZÜ GÖRÜB
18.06.19 Ə.NƏCƏFZADƏNİN “NİZAMİNİN TÜRKLÜYÜ VƏ TÜRKLÜYƏ MÜNASİBƏTİ AZƏRBAYCAN NİZAMİŞÜNASLIĞINDA” MONOQRAFİYASI NƏŞR OLUNUB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla