ƏLYAZMALAR İNSTİTUTUN ALİMİ AMEA-nın FƏXRİ FƏRMANI İLƏ TƏLTİF OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUN ALİMİ AMEA-nın FƏXRİ FƏRMANI İLƏ TƏLTİF OLUNUB

05.03.20. Oxunma sayı: 99 NAİLİYYƏTLƏR
Martın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Akademik İsa Həbibbəyli qadınların ölkəmizin ictimai-siyasi, elmi, mədəni həyatında rolundan danışaraq onların bu sahədəki uğurlu fəaliyyətini önə çəkib.
Tədbirin sonunda akademiyanın elmi və ictimai həyatında səmərəli fəaliyyətinə görə seçilən bir qrup qabaqcıl qadın əməkdaşa AMEA-nın fəxri fərmanları təqdim olunub. Təltif olunanlar arasında AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutunun “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova da olub.
Məlumat üçün bildirək ki, N.Babaxanova Fransanın Mark Blok Universitetində və Azərbaycan Dillər Universitetində fransız-ingilis dilləri ixtisası üzrə təhsil alıb. Beynəlxalq elmi-mədəni əlaqələr üzrə mütəxəssis hesab olunan alimin müvafiq sahə üzrə 5 kitabı, 40-dan artıq elmi məqaləsi var.
OXŞAR XƏBƏRLƏR:

13.01.20 ƏLYAZMALAR İNSTİTUTU “NƏSİMİ İLİ”NDƏ FƏAL İŞTİRAKINA GÖRƏ TƏLTİFLƏRƏ LAYİQ GÖRÜLÜB
22.11.19 DAŞKƏNDDƏ ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİNİN NİZAMİ İLƏ BAĞLI MONOQRAFİYASININ TƏQDİMATI OLUB
11.09.19 “AZƏRBAYCAN MULTİDİSSİPLİNAR ƏLYAZMASI: XƏZİNƏDƏN İNCİLƏR” ABŞ-IN KONQRES KİTABXANASININ FONDUNA DAXİL EDİLİB
02.05.19 ƏLYAZMALAR İNSTİTUTUNUN FƏALİYYƏTİ YÜKSƏK QİYMƏTLƏNDİRİLİB
08.12.18 AKADEMİK TEYMUR KƏRİMLİ ƏL-FƏRABİ ADINA QAZAXISTAN MİLLİ UNİVERSİTETİNİN YUBİLEY MEDALI İLƏ TƏLTİF OLUNUB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla