ƏLYAZMALAR İNSTİTUTUNDA MİRZƏ BAXIŞ NADİMİN SEÇİLMİŞ ƏSƏRLƏR TOPLUSUNUN İKİNCİ KİTABI ÇAPDAN ÇIXIB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNDA MİRZƏ BAXIŞ NADİMİN SEÇİLMİŞ ƏSƏRLƏR TOPLUSUNUN İKİNCİ KİTABI ÇAPDAN ÇIXIB

03.03.20. Oxunma sayı: 179 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Baxış Nadimin seçilmiş əsərlər toplusunun ikinci kitabı çapdan çıxıb. Toplunu nəşrə hazırlayanlar Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və Multidissiplinar əlyazmalar şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Raqub Kərimovdur. Kitabın elmi məsləhətçisi Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, redaktoru Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Hacı Mustafa Mailoğludur.
Mirzə Baxış Nadimin avtoqraf əlyazması əsasında nəşr olunan kitaba şairin ictimai məzmunlu, satirik şeirləri ilə bərabər lirik-aşiqanə qəzəlləri, avtobioqrafik məzmunlu əsərləri, mənzum məktubları, dini və didaktik-nəsihətamiz şeirləri daxil edilib.
Qeyd edək ki, son illərə qədər şairin cəmi bir neçə şeiri işıq üzü görüb.
İlk dəfə 2018-ci ildə Paşa Kərimov və Raqub Kərimov şairin əlyazmaları əsasında onun şeirlər toplusunun birinci kitabını tərtib edərək nəşrə hazırlayıblar.
OXŞAR XƏBƏRLƏR:

27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
19.11.19 “MƏDƏNİ, TARİXİ DƏYƏRLƏR SİSTEMİNDƏ İNFORMASİYA MƏDƏNİYYƏTİ VƏ KİTABXANALAR” ADLI NƏŞR İŞIQ ÜZÜ GÖRÜB
20.05.19 “ƏLYAZMALAR YANMIR” VƏ “ELMİ ƏSƏRLƏR” JURNALLARININ YENİ NÖMRƏLƏRİ NƏŞR OLUNUB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla