ƏLİ BƏY HÜSEYNZADƏ HAQQINDA İLK BİBLİOQRAFİK ƏSƏR NƏŞR OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLİ BƏY HÜSEYNZADƏ HAQQINDA İLK BİBLİOQRAFİK ƏSƏR NƏŞR OLUNUB

28.02.20. Oxunma sayı: 190 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Bakı Dövlət Universitetinin (BDU) Biblioqrafiyaşünaslıq kafedrasının Elmi Şurasının qərarı ilə nəşr olunan yeni kitab “Əli bəy Hüseynzadə - biblioqrafik monoqrafiya” adlanır.
Monoqrafiyanın tərtibçisi BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının əməkdaşı, Əlyazmalar İnstitutunun dissertantı Vəzufə Xudiyevadır. Filologiya üzrə fəlsəfə doktoru Azər Turan kitabın ön sözünün müəllifidir. Nəşrin elmi redaktorları və məsləhətçiləri Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva–Kəngərli və pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nadir İsmayılovdur. Filologiya üzrə elmlər doktoru Almaz Ülvi, tarix üzrə fəlsəfə doktoru, dosent Solmaz Sadıqova və pedaqogika üzrə fəlsəfə doktorları – dosent Sima İsmayılova, dosent Xuraman Ağayeva kitabın rəyçiləridir.
XX əsr Azərbaycan-Türkiyə ictimai fikir tarixinin ən görkəmli nümayəndələrindən biri, tanınmış maarifçi və yazıçı, publisist Əli bəy Hüseynzadəyə həsr olunmuş bu əsər alimin həyatını, elmi-pedaqoji, ictimai-siyasi və təşkilati fəaliyyətini əks etdirən ilk biblioqrafik monoqrafiyadır.
Kitabda mütəfəkkirin fəaliyyətinə dair 1890-2019-cı illərin faktları əks olunub. Biblioqrafik monoqrafiya 9 bölmədən ibarətdir. Burada Əli bəy Hüseynzadə haqqında bioqrafik məlumatlar, yazıçının elmi əsərlərinin biblioqrafiyası, tanınmış dövlət, elm və mədəniyyət xadimlərinin onun haqqında söylədikləri fikir və mülahizələr və digər sənədlər təqdim olunub.
Ümumilikdə, biblioqrafiyada 1396 mənbə, həmçinin Türkiyə arxivlərində saxlanılan qiymətli materiallar - əlyazmalar, məktublar, arxiv sənədləri verilib.
OXŞAR XƏBƏRLƏR:

27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
19.11.19 “MƏDƏNİ, TARİXİ DƏYƏRLƏR SİSTEMİNDƏ İNFORMASİYA MƏDƏNİYYƏTİ VƏ KİTABXANALAR” ADLI NƏŞR İŞIQ ÜZÜ GÖRÜB
18.06.19 Ə.NƏCƏFZADƏNİN “NİZAMİNİN TÜRKLÜYÜ VƏ TÜRKLÜYƏ MÜNASİBƏTİ AZƏRBAYCAN NİZAMİŞÜNASLIĞINDA” MONOQRAFİYASI NƏŞR OLUNUB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla