ƏLYAZMALAR İNSTİTUTU İLƏ YAPONİYANIN RYUKOKU UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ DAVAM EDİR » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTU İLƏ YAPONİYANIN RYUKOKU UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ DAVAM EDİR

26.02.20. Oxunma sayı: 123 BEYNƏLXALQ ƏLAQƏLƏR
Dr. Şinya Şionozaki və Dr. Nigar BabaxanovaYaponiyanın Ryukoku Universitetinin Tarix kafedrasının elmi işçisi Dr. Şinya Şionozaki Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi - yazıçı, dramaturq Mirzə Fətəli Axundzadənin yaradıcılığını tədqiq etmək məqsədilə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna ezam olunmuşdur. Tədqiqatçı İnstitutun elmi işlər üzrə direktor müavini f.ü.e.d. Paşa Kərimov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix ü.f.d. Nigar Babaxanova ilə birgə Axundzadə yaradıcılığı ilə bağlı əlyazma materialları və əski çap kitabları ilə tanış olmuşdur.
Yaponiyalı alim iki həftə ərzində görkəmli dramaturqun AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxivi ilə də yaxından tanış olacaqdır.
Xatırladaq ki, Ryukoku Universitetinin alimləri bundan öncə də Əlyazmalar İnstitutunda tədqiqat aparmışlar.
OXŞAR XƏBƏRLƏR:

07.11.19 TƏBRİZ UNİVERSİTETİNİN PROFESSORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
21.02.19 ƏLYAZMALAR İNSTİTUTU İLƏ BEYNƏLXALQ TÜRK-QAZAX UNİVERSİTETİ ƏMƏKDAŞLIQ EDƏCƏK
20.02.19 YUNİS İMRƏ İNSTİTUTUNUN DİREKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
28.10.18 AZƏRBAYCAN ALİMLƏRİ TÜRKİYƏNİN SÜLEYMANİYYƏ YAZMA ƏSƏRLƏR KİTABXANASI İLƏ YENİ ƏMƏKDAŞLIĞA İMZA ATMIŞLAR
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla