MÜTƏXƏSSISLƏR ÜÇÜN MARAQLI KİTAB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



MÜTƏXƏSSISLƏR ÜÇÜN MARAQLI KİTAB

20.04.18. Oxunma sayı: 241 NƏŞRLƏR

Tarix üzrə fəlsəfə doktoru Cavid Cəfərovun “ Azərbaycan kitabxanaları verilənlər və metaverilənlər mərkəzi kimi” adlı kitabı işıq üzü görüb. Kitab AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 16 fevral 2018-ci il tarixli, 2 saylı iclasıının qərarı ilə nəşr olunub. Kitabda müxtəlif tərkibli elektron sənəd-məlumat massivlərinin, o cümlədən verilənlər və metaverilənlərin yaradılması, emalı, mübadiləsi və ümumiyyətlə, kontent üzərində həyata keçirilən kitabxana-informasiya fəaliyyəti elmi-nəzəri cəhətdən təhlil olunub və ümumləşdirilib. 
İSCTE-Lissabon Universitetinin professoru, Portuqaliya İSTA Texnoliogiya və Memarlıq Məktəbinin Riyaziyyat üzrə departamentinin direktoru Manuel Alberto M.Ferrera kitaba ön söz yazıb. Kitab beş fəsildən ibarətdir və fəsillərdə kitabxanaların meydana gəlməsi, sonrakı inkişaf dövrü və müasir yüksək texnologiyalar dövründə kitabxanaların elektronlaşdırılma sistemi barədə geniş məlumat verilir. Kitabın mütəxəssislər və  kitabxana sahəsində çalışanlar üçün maraqlı olacağına inanırıq.
Kitabın redaktoru Nigar Babaxanlıdır. скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB
26.02.18 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ANIM MƏRASİMİ KEÇİRİLİB
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB
30.11.17 AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla