BDU VƏ ADU-NUN TƏLƏBƏ KÖNÜLLÜLƏRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUBLAR » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



BDU VƏ ADU-NUN TƏLƏBƏ KÖNÜLLÜLƏRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUBLAR

24.02.20. Oxunma sayı: 212 TƏDBİRLƏR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2020-ci ilin “Könüllülər İli” elan olunmasıilə bağlı fevralın 24-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda əlyazmaların tanınması və toplanması mövzusunda tədbir keçirilib. Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəsislər Şurasının təşkilatçılığı ilə baş tutan tədbirdə müəssisənin gənc əməkdaşları, Bakı Dövlət Universitetinin, eləcə də Azərbaycan Dillər Universitetinin filologiya, şərqşünaslıq və tarix fakültələrinin tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov bildirib ki, “Könüllülər İli” çərçivəsində bölgələrdə rast gəlinən əlyazmaların əldə olunaraq Əlyazmalar İnstitutuna gətirilməsi nəzərdə tutulub. Diqqətə çatdırıb ki, tədbirin məqsədi bölgələrdə yaşayan gəncləri, tələbələri bu istiqamətdə maarifləndirmək, onları əlyazmaların xüsusiyyətləri haqqında məlumatlandırmaqdan ibarətdir.
Əlyazmalar İnstitutunun Əlyazmaların bərpası və gigiyenası laboratoriyasının müdiri Zaur Orucov iştirakçılara qədim kitab emalı üsulları, əlyazmaların xüsusiyyətləri, məxsus olduqları dövrlərin aşkar edilməsi, onların saxlanma və toplanma yolları haqqında ətraflı məlumat verib.
Əlyazmalar İnstitutunun Gənc Alim və Mürəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva belə bir təşəbbüsə qoşulmaq istəyən tələbə könüllülərə təşəkkürünü bildirib və bu istiqamətdə birgə əməkdaşlığın davam edəcəyini söyləyib.


OXŞAR XƏBƏRLƏR:

23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla