AKADEMİK TEYMUR KƏRİMLİ “ƏLİŞİR NƏVAİ ƏDƏBİ VƏ ELMİ İRSİNİN ÖYRƏNİLMƏSİ” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANSDA MƏRUZƏ İLƏ ÇIXIŞ EDİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



AKADEMİK TEYMUR KƏRİMLİ “ƏLİŞİR NƏVAİ ƏDƏBİ VƏ ELMİ İRSİNİN ÖYRƏNİLMƏSİ” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANSDA MƏRUZƏ İLƏ ÇIXIŞ EDİB

21.02.20. Oxunma sayı: 99 TƏDBİRLƏR
Fevralın 21-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda dahi özbək şairi Əlişir Nəvainin anadan olmasının 579 illiyinə həsr olunan “Əlişir Nəvai ədəbi və elmi irsinin öyrənilməsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Tədbir Ədəbiyyat İnstitutu, Özbəkistanın Azərbaycandakı səfirliyi və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbiri AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin tarixindən danışıb, hər iki xalqın qədim və zəngin ədəbiyyat ənənələrinə malik olduğunu söyləyib. Vurğulayıb ki, Əlişir Nəvainin heykəlinin Bakıda ucaldılması əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələrinin inkişafına bir nümunədir.
Sonra İ.Həbibbəyli Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Sirojiddinova Ədəbiyyat İnstitutunun fəxri doktoru diplomunu və mantiyasını təqdim edib.
Tədbirdə çıxış edən professor Şuxrat Sirojiddinov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin konfrans iştirakçılarına salamlarını çatdırıb. Türk xalqları arasındakı əlaqələrin tarixinə toxunan alim bu səpkidə 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın önəmini vurğulayıb.
Daha sonra Özbəkistanı və Azərbaycanı təmsil edən elm xadimlərinin, ziyalıların çıxışları dinlənilib.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli konfransda “Böyük özbək şairi Əlişir Nəvai haqqında söz” mövzusunda məruzə ilə çıxış edib.


OXŞAR XƏBƏRLƏR:

17.02.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASINDA BİR SIRA MÜHÜM MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNUB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
22.11.19 HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB
25.01.19 AKADEMİK TEYMUR KƏRİMLİNİN SƏDRLİYİ İLƏ İCLAS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla