AKADEMİK TEYMUR KƏRİMLİ AMEA-DA ƏLİŞİR NƏVAİ ƏDƏBİYYATŞÜNASLIQ MƏRKƏZİNİN AÇILIŞINDA İŞTİRAK EDİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



AKADEMİK TEYMUR KƏRİMLİ AMEA-DA ƏLİŞİR NƏVAİ ƏDƏBİYYATŞÜNASLIQ MƏRKƏZİNİN AÇILIŞINDA İŞTİRAK EDİB

21.02.20. Oxunma sayı: 77 TƏDBİRLƏR
Fevralın 21-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin nəzdində Əlişir Nəvai adına Ədəbiyyatşünaslıq Mərkəzinin açılışı olub.
Azərbaycan və Özbəkistanın elm xadimlərinin, ziyalılarının qatıldığı açılış mərasimində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Əlişir Nəvainin Bakıda ucaldılmış heykəli önünə əklil və gül dəstələri qoyublar.
Mərkəz dahi özbək şairi Əlişir Nəvainin anadan olmasının 579 illiyinə həsr olunan “Əlişir Nəvai ədəbi və elmi irsinin öyrənilməsi” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində Ədəbiyyat İnstitutu ilə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında imzalanmış müqaviləyə əsasən açılıb.
Tədbirdə çıxış edən AMEA-nın I vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Ədəbiyyatşünaslıq Mərkəzinin hər iki ölkə arasında ədəbi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini, yeni tədqiqatların aparılmasına stimul verəcəyini diqqətə çatdırıb.
Tədbirdə, həmçinin Əlişir Nəvainin Ədəbiyyat İnstitutu tərəfindən çap olunmuş əsərlərinin nümayişi olub.


OXŞAR XƏBƏRLƏR:

17.02.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASINDA BİR SIRA MÜHÜM MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNUB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
22.11.19 HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla