ƏLYAZMALAR İNSTİTUTUNDA POLŞALI ALİMLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNDA POLŞALI ALİMLƏRLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR

14.02.20. Oxunma sayı: 72 GÖRÜŞLƏR
Fevralın 14-də Polşa Elmlər Akademiyasının dilçi alimləri Dr. Yaroslav Tondera və Dr. Aqata Yaqiello AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olmuşlar. Qonaqlar institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri tarix ü.f.d. Nigar Babaxanova və elmi katib filologiya ü.f.d., dosent Əzizağa Nəcəfzadə ilə görüşmüş, Azərbaycanın qədim əlyazma nümunələri ilə tanış olmuşlar. Polşalı alimlərə İnstitutda mühafizə edilən əski çap kitabları barədə də məlumat verilmiş, İsmayıl bəy Qutqaşınlının ilk dəfə 1835-ci ildə Varşavada fransızca işıq üzü görmüş “Rəşid bəy və Səadət xanım” əsərinin nadir çap nüsxəsi nümayiş olunmuşdur.
Daha sonra İnstitutun elmi katibi f.ü.f.d, dosent Əzizağa Nəcəfzadə, şöbə müdiri tarix ü.f.d., dosent Cavid Cəfərov və polşalı alimlərin iştirakı ilə dəyirmi masa keçirilmişdir. Görüşdə C.Cəfərovun Bolqarıstan Elmlər Akademiyasının Tarix İnstitutunun “Web of Science” indeksli (impakt faktorlu) “Revue Bulgare d’Histoire” jurnalında dil təhlükəsizliyi mövzusunda dərc edilmiş “Language Safety in the Context of National Security" adlı məqaləsinin müzakirəsi aparılmış, elmi-mədəni əməkdaşlıq imkanları nəzərdən keçirilmişdir.





OXŞAR XƏBƏRLƏR:

31.10.18 BEYNƏLXALQ FƏLSƏFƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ ƏLYAZMALAR İNSTİTUTUNDA
12.10.18 TANINMIŞ MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
30.06.18 ƏLİŞİR NƏVAİ ADINA DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİNİN REKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
25.06.18 TÜRKMƏNİSTANIN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FÖVQALADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ TÜRKMƏNİSTAN ELMLƏR AKADEMİYASININ ƏMƏKDAŞLARI İLƏ BİRGƏ AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNDA QONAQ OLUB
14.03.18 YAPON MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla