“HACI ZEYNALABDİN TAĞIYEV: ÖZ DÖVRÜNÜN AYNASINDA” KİTABI YENİDƏN NƏŞR OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



“HACI ZEYNALABDİN TAĞIYEV: ÖZ DÖVRÜNÜN AYNASINDA” KİTABI YENİDƏN NƏŞR OLUNUB

12.02.20. Oxunma sayı: 60 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda məşhur Azərbaycanlı milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətini əks etdirən “Hacı Zeynalabdin Tağıyev öz dövrünün aynasında” adlı kitab nəşr olunub.
Topluya xeyriyyəçinin həyatı və gördüyü işlər haqqında ilk dəfə görkəmli Azərbaycan yazıçısı, ictimai-siyasi xadimi Nəriman Nərimanovun yazdığı və 1900-cu ildə çap olunmuş “Hacı Zeynalabdin Tağıyevin əlli illik məişəti və cəmaətə xidmətləri” əsəri, Axund Yusif Talıbzadə tərəfindən yazıldığı ehtimal olunan və 1903-cü ildə çapdan çıxan “Sərvət və səxavətlə məşhur cənab Hacı Zeynalabdin Tağıyevin tərcümeyi-halı” əsəri və tarixi sənəd və məktubları əks etdirən, 1904-1906-cı illərdə işıq üzü görən “Himəm ər-rical” (“Kişilərin himməti”) adlı ikicildlik kitabdan seçmələr daxildir. Kitabda fotolar, ərəb-fars sözlərindən ibarət lüğət də yer alıb.
Kitabın mətnini transfoneliterasiya və tərtib edənlər filologiya üzrə fəlsəfə doktorları – Əbülfəz Haşimoğlu, Əkrəm Bağırov və filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur. Mətnləri farscadan tərcümə edən, lüğəti və adlar göstəricisini hazırlayan Əkrəm Bağırovdur. Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlovadır.
Qeyd edək ki, kitab ilk dəfə 1993-cü ildə çapdan çıxıb. Təqdim olunan təkrar nəşrdə ərəb-fars sözləri lüğəti daha da təkmilləşdirilib, əlavə olaraq adlar göstəricisi verilib.

OXŞAR XƏBƏRLƏR:

27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
18.06.19 Ə.NƏCƏFZADƏNİN “NİZAMİNİN TÜRKLÜYÜ VƏ TÜRKLÜYƏ MÜNASİBƏTİ AZƏRBAYCAN NİZAMİŞÜNASLIĞINDA” MONOQRAFİYASI NƏŞR OLUNUB
21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
15.10.18 MƏŞHUR “MÜNTƏXƏBÜT-TORİYYƏ” ƏSƏRİ ÇAP EDİLMİŞDİR
17.09.18 ÜZEYİR HACIBƏYLİNİN ŞƏXSİ ARXİVİNİN TƏSVİRİ NƏŞR OLUNDU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla