ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ TÜRKİYƏNİN ƏHMƏD HAMDİ TANPINAR ƏDƏBİYYAT MUZEY KİTABXANASINDA OLUBLAR » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ TÜRKİYƏNİN ƏHMƏD HAMDİ TANPINAR ƏDƏBİYYAT MUZEY KİTABXANASINDA OLUBLAR

10.02.20. Oxunma sayı: 56 EZAMİYYƏLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və Beynəlxalq əlaqələr şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Nəcəfova
6-9 fevral 2020-ci il tarixlərində Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində yerləşən Əhməd Hamdi Tanpınar Ədəbiyyat Muzey Kitabxanasında elmi ezamiyyətdə olublar.
Alimlər əvvəlcə muzeyin ekspozisiyasında nümayiş olunan XX əsrdə İstanbulda yaşayıb-yaratmış türk ədiblərinin əlyazmaları və kitabxananın fonduna yeni daxil olan ən müasir ədəbiyyatla tanış olublar. Bundan başqa, əməkdaşlarımız ezamiyyət müddətində Ədəbiyyat Muzey Kitabxanasının kolleksiyasında qorunan əlyazma nüsxələri, miniatür nümunələri, əski çap kitabları və mətbuat materialları ilə də işləmək şansı əldə ediblər.


OXŞAR XƏBƏRLƏR:

13.10.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ KAZAN FEDERAL UNİVERSİTETİNDƏ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİBLƏR
02.07.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ KONQRESDƏ İŞTİRAK EDİBLƏR
20.06.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ BOSNİYA VƏ HERSEQOVİNADA ELMİ EZAMİYYƏTDƏ OLUB
21.05.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI ÖZBƏKİSTANDA ELMİ EZAMİYYƏTDƏ OLUB
10.01.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ İSTANBUL ŞƏHƏRİNDƏ ELMİ EZAMİYYƏTDƏ OLMUŞLAR

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla