İNSTİTUTDA “WEB OF SCIENCE” ELMMETRİK BAZASI ÜZRƏ SEMİNAR KEÇİRİLƏCƏK. » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



İNSTİTUTDA “WEB OF SCIENCE” ELMMETRİK BAZASI ÜZRƏ SEMİNAR KEÇİRİLƏCƏK.

07.02.20. Oxunma sayı: 88 ELANLAR
AMEA Əlyazmalar İnstitutunun “Beynəlxalq əlaqələr” şöbəsi ABŞ-ın “Clarivate Analytics” şirkəti ilə birgə “Web of Science” elmmetrik bazası üzrə seminar keçirəcək. Seminarda İnstitutun alim, doktorant və dissertantlarına sözügedən elmmetrik bazaya daxil edilmiş təsir əmsallı (impakt faktorlu) jurnallarda məqalə dərcinə dair məlumat veriləcək. Eyni zamanda, “Web of Science” elmmetrik bazasından istifadə qaydaları, o cümlədən axtarış imkanları və müxtəlif elmi göstəricilərə əlçatanlıq məsələləri müzakirə olunacaq. Seminar təlimçisi “Clarivate Analytics” şirkətinin müvafiq sahə üzrə beynəlxalq ekspertidir. Tədbir rus dilində keçiriləcək.

Seminarın keçirilmə vaxtı və yeri:

12 fevral 2020-ci il, saat 10:30
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu
2-ci mərtəbə, 25 saylı otaq
OXŞAR XƏBƏRLƏR:

07.01.20 ƏLYAZMALAR İNSTİTUTU VAKANT VƏZİFƏLƏRİ TUTMAQ ÜÇÜN MÜSABİQƏ ELAN EDİR
09.12.19 ƏLYAZMALAR İNSTİTUTU DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR
03.12.19 ƏLYAZMALAR İNSTİTUTU VAKANT VƏZİFƏLƏRİ TUTMAQ ÜÇÜN MÜSABİQƏ ELAN EDİR
12.02.19 AMEA MƏHƏMMƏD FÜZULİ ad. ƏLYAZMALAR İNSTİTUTUNDA İMADƏDDİN NƏSİMİNİN 650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLƏCƏK
11.12.18 İNSTİTUT DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla