ƏRDƏHAN UNİVERSİTETİNİN TƏDQİQATÇILARI ƏLYAZMALAR İNSTİTUTUNDA ARAŞDIRMA APARACAQLAR » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏRDƏHAN UNİVERSİTETİNİN TƏDQİQATÇILARI ƏLYAZMALAR İNSTİTUTUNDA ARAŞDIRMA APARACAQLAR

03.02.20. Oxunma sayı: 105 GÖRÜŞLƏR
Fevralın 3-də Türkiyə Cümhuriyyətinin Ərdəhan Universitetinin İlahiyyat fakültəsinin əməkdaşları – professor Yusif Ələmdar, dosent Kərim Faruk, Məhəmməd Lətif Altun və Rəşad Əhməd Ağaoğlu AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. İnstitutun direktoru, akademik Teymur Kərimli ilə görüşən tədqiqatçılar Əlyazmalar İnstitutunda saxlanan ərəbdilli əlyazmalarla maraqlandıqlarını və burada “Hədis, təfsir, fiqh və ərəb dili” mövzusunda araşdırma aparmaq niyyətində oduqlarını bildiriblər. Qonaqları maraqlandıran sahə haqqında ətraflı məlumat verən Teymur Kərimliburada ərəbdilli əlyazmaların çoxluq təşkil etdiyini, təkcə islam dininə aid deyil, eyni zamanda digər dünya dinlərini əhatə edən əlyazmaların da qorunduğunu və onlar haqqında sanballı tədqiqat işlərinin yazıldığını söyləyib.
Gələcəkdə Əlyazmalar İnstitutu ilə Ərdəhan Universitetinin İlahiyyat fakültəsi arasında ikitərəfli əməkdaşlığı inkişaf etdirmək, kitabxana materialları mübadiləsi, kadr hazırlığı və digər fəaliyyətlərin təşkili məqsədilə tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və Ərdəhan Universitetinin İlahiyyat fakültəsinin dekanı, professor Yusif Ələmdar imzalayıblar.
Sonra qonaqlar institutun ekspozisiya zalı ilə tanış olublar.
Görüşdə həmçinin Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifov və elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov iştirak ediblər.


OXŞAR XƏBƏRLƏR:

31.10.18 BEYNƏLXALQ FƏLSƏFƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ ƏLYAZMALAR İNSTİTUTUNDA
12.10.18 TANINMIŞ MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
06.09.18 İSRAİLLİ ALİMLƏR ƏLYAZMALAR İNSTİTUTUNDA
30.06.18 ƏLİŞİR NƏVAİ ADINA DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİNİN REKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
14.03.18 YAPON MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla