İLAHİYYAT İNSTİTUTUNUN TƏLƏBƏLƏRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUBLAR » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



İLAHİYYAT İNSTİTUTUNUN TƏLƏBƏLƏRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUBLAR

31.01.20. Oxunma sayı: 143 TƏDRİS
Yanvarın 30-da Azərbaycan İlahiyyat İnstitutunun bir qrup tələbəsi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.
Tələbələr burada Yaxın və Orta Şərq, Şimali Afrika xalqlarının elm və mədəniyyətinə aid türk, ərəb, fars dillərində qiymətli əsərlərlə, eyni zamanda, XIX-XX əsrlərdə yaşamış görkəmli elm və mədəniyyət xadimlərinin şəxsi sənədləri, əvvəlki dövrlərin qəzet və jurnalları, müxtəlif mikrofilm və fotosurətlərlə tanış olublar.
İnstitutda qorunan qədim əlyazmalarla tanışlıq zamanı tələbələrə Ekspozisiya zalında Nur Əlişah İsfahani, Nəxşəvi Ziyaəddin, İbrahim Həqqi, Əbu Cəfər ibn Məhəmməd Təbəri, Məhəmməd Füzuli, Seyid Məhəmməd Ürfi Şirazi, Bəvazici, Əhməd Nədim, Əbdürrəhman Cami, Ömər Xəyyam Nişapuri, Əmir Xosrov Dəhləvi, Hafiz Şirazi, Saib Təbrizi, Əssar Təbrizi, Nəsirəddin Tusi, Məhsəti Gəncəvi, Əlişir Nəvai, Mirxond Məhəmməd ibn Xavəndşah, Seyid Əzim Şirvani, Abbasqulu ağa Bakıxanov, eləcə də digər görkəmli elm və mədəniyyət xadimlərinə aid əsərlərin əlyazma nüsxələri haqqında geniş məlumat verilib.
Tələbələr Əlyazmalar İnstitutunda mühafizə olunan nüsxələrin saxlanma şəraiti və bərpa prosesi ilə maraqlanıb, bərpa laboratoriyasında əməkdaşların iş təcrübəsi ilə də tanış olublar.
XVI əsrin əvvəllərində Təbrizdə, əsrin ikinci yarısında isə Qəzvində saray kitablarının bədii emalatxanalarında çalışan, dövrünün ən görkəmli xəttat və rəssamları olan Sultan Məhəmməd, Mir Müsəvvir, Mirzə Əli Təbrizi, Mir Seyid Əli, Müzəffər Əli, Məhəmmədi, Sadiq bəy Əfşar, Siyavuş bəy, Mir Zeynalabdin və başqalarının fəaliyyəti barədə ətraflı məlumat alıblar.


OXŞAR XƏBƏRLƏR:

22.10.19 AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUBLAR
09.01.19 XƏZƏR UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUBLAR
04.12.18 AKADEMİK TEYMUR KƏRİMLİ QAZAXISTAN MİLLİ UNİVERSİTETİNDƏ MƏRUZƏ ETDİ
04.12.18 AKADEMİK TEYMUR KƏRİMLİ QAZAXISTANLI TƏLƏBƏLƏRƏ MÜHAZİRƏ OXUDU
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNUN MAGİSTRANTLARI MAGİSTR BURAXILIŞ İŞLƏRİNİ MÜDAFİƏ EDİBLƏR

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla