AKADEMİK TEYMUR KƏRİMLİ “ABAY” İLİNİN AÇILIŞINDA İŞTİRAK EDİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



AKADEMİK TEYMUR KƏRİMLİ “ABAY” İLİNİN AÇILIŞINDA İŞTİRAK EDİB

31.01.20. Oxunma sayı: 62 TƏDBİRLƏR
Yanvarın 30-da Bakı Dövlət Universitetində türk dünyasının ən önəmli şəxsiyyətlərindən biri, qazax şairi, yazıçısı, bəstəkarı, müasir qazax yazılı ədəbiyyatının banisi, filosof, böyük ictimai xadim və maarifçi Abay Kunanbayevin 175 illik yubiley tədbirlərinin və 2020-ci ilin türk dünyasında “Abay Kunanbayev ili”nin açılış mərasimi keçirilib.
Tədbir Beynəlxalq Türk Akademiyası, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, L.Qumilyov adına Avrasiya Milli Universiteti, Qazaxıstanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edib.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin qatıldığı açılış mərasimində Beynəlxalq Türk Akademiyasının rəhbərliyi və nümayəndələri, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Təhsil nazirlərinin müavinləri və təmsilçiləri, beynəlxalq təşkilatların rəhbərləri, üzv ölkələrin Bakıdakı səfirləri, müxtəlif ölkələrdən nüfuzlu alimlər və ictimai xadimlər iştirak edib.


OXŞAR XƏBƏRLƏR:

23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
31.05.19 AKADEMİK TEYMUR KƏRİMLİNİN "NƏSİMİ HUMANİZMİNİN ÜMUMBƏŞƏRİ ƏHƏMİYYƏTİ" MÖVZUSUNDA MƏRUZƏSİ DİNLƏNİLİB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla