AKADEMİK TEYMUR KƏRİMLİ VƏ DOSENT ƏZİZAĞA NƏCƏFOV AZƏRBAYCAN RESPUBLİKASININ XALQ YAZIÇISI KAMAL ABDULLANIN “SİRLƏRİN SƏRGÜZƏŞTİ” KİTABININ TƏQDİMATINDA İŞTİRAK EDİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



AKADEMİK TEYMUR KƏRİMLİ VƏ DOSENT ƏZİZAĞA NƏCƏFOV AZƏRBAYCAN RESPUBLİKASININ XALQ YAZIÇISI KAMAL ABDULLANIN “SİRLƏRİN SƏRGÜZƏŞTİ” KİTABININ TƏQDİMATINDA İŞTİRAK EDİB

29.01.20. Oxunma sayı: 88 TƏDBİRLƏR
Yanvarın 28-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Xalq yazıçısı, akademik Kamal Abdullanın “Sirlərin sərgüzəşti” kitabının təqdimatı keçirilib. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov tədbirdə iştirak ediblər.
Folklor İnstitutunun təşkilatçılığı ilə baş tutan tədbirdə çıxış edənlər romanın süjet xəttini diqqətə çatdırıraraq təhlillər aparıblar. Əzizağa Nəcəfov da roman haqqında öz fikirlərini iştirakçılarla paylaşıb, əsəri yüksək qiymətləndirib.
Akademik Kamal Abdulla tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
“Əsərlər adətən oxucular tərəfindən birmənalı qarşılanmır. Ümid edirəm ki, “Sirlərin sərgüzəşti” oxucuların ürəyində özünə yer tapa biləcək”, - deyə Xalq yazıçısı Kamal Abdulla qeyd edib.
Təqdimat mərasimində Azərbaycan Dövlət “Yuğ” Teatrının aktyorları - Xalq artisti Məmməd Səfa və Əməkdar artist Yaqut Paşazadə “Sirlərin sərgüzəşti” əsərindən parçalar səsləndiriblər.
Sonda müəllif əsərlə bağlı sualları cavablandırıb.



OXŞAR XƏBƏRLƏR:

23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
22.11.19 HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB
24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
12.02.19 ELMİ ŞURADA PAŞA KƏRİMOVUN 60 İLLİK YUBİLEYİ QEYD OLUNUB
20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla