AKADEMİK TEYMUR KƏRİMLİ “BAKI-MOSKVA: MƏDƏNİYYƏTLƏRİN DİALOQU” KONFRANSI ÇƏRÇİVƏSİNDƏ KEÇİRİLƏN “MƏDƏNİYYƏTLƏRİN DİALOQU XALQLARIN DİALOQUNUN ƏSASIDIR” MÖVZUSUNDA DƏYİRMİ MASADA İŞTİRAK EDİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



AKADEMİK TEYMUR KƏRİMLİ “BAKI-MOSKVA: MƏDƏNİYYƏTLƏRİN DİALOQU” KONFRANSI ÇƏRÇİVƏSİNDƏ KEÇİRİLƏN “MƏDƏNİYYƏTLƏRİN DİALOQU XALQLARIN DİALOQUNUN ƏSASIDIR” MÖVZUSUNDA DƏYİRMİ MASADA İŞTİRAK EDİB

24.01.20. Oxunma sayı: 72 TƏDBİRLƏR
Bu gün Bakıda Azərbaycan ilə Rusiya arasında əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı keçirilib. Konfrans Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və TASS informasiya agentliyinin dəstəyi ilə təşkil edilib. Konfrans çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilib.
Dövlət strukturlarının nümayəndələri, tanınmış mədəniyyət, təhsil və elm xadimlərinin iştirak etdiyi tədbirə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli də dəvət alıb.
Dəyirmi masada Azərbaycan-Rusiya strateji tərəfdaşlığının inkişafında rol oynayan mədəniyyət, təhsil və elm sahələrindəki uğurlar haqqında çıxışlar dinlənilib.
Dəyirmi masanın gedişində Moskva və Bakı mədəniyyət idarələri arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.


OXŞAR XƏBƏRLƏR:

23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU
24.04.18 “AZƏRBAYCAN MƏDƏNİYYƏT TARİXİNİN PROBLEMLƏRİ ƏLYAZMALARDA” MÖVZUSUNDA XVI ƏNƏNƏVİ RESPUBLİKA ELMİ-NƏZƏRİ KONFRANS

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla