M.İ.RUDOMİNO ADINA ÜMUMRUSİYA DÖVLƏT XARİCİ ƏDƏBİYYAT KİTABXANASININ MÜTƏXƏSSİSLƏRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUBLAR » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



M.İ.RUDOMİNO ADINA ÜMUMRUSİYA DÖVLƏT XARİCİ ƏDƏBİYYAT KİTABXANASININ MÜTƏXƏSSİSLƏRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUBLAR

24.01.20. Oxunma sayı: 61 GÖRÜŞLƏR
Yanvarın 24-də M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri -  kitabxananın Beynəlxalq fəaliyyəti üzrə direktoru Svetlana Qoroxova, Elmi və Tədris işləri üzrə direktoru Tatyana Polejayeva, MDB və Şərqi Avropa ölkələri üçün Qoruma və Mühafizə Mərkəzinin koordinatoru Mariya Kolpakova, İPR MEDİA-nın baş direktoru Natalya İvanova, İPR MEDİA-nın layihə koordinatoru Vita Kutuyeva və Milli Kitabxananın direktoru, professor Kərim Tahirov AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
Qonaqları Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli qəbul edib. İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov da görüşdə iştirak edib.
Görüş zamanı hər iki elmi müəssisə arasında gələcək perspektivlərdən söhbət açılıb, fikir və təkliflər irəli sürülüb. Əlyazmalar İnstitutunda aparılan əlyazmaların bərpası və elektronlaşdırılıması işləri ilə maraqlanan mütəxəssislər Əlyazmaların bərpası və gigiyenası laboratoriyasında və Elektron resurslar şöbəsində fəaliyyət prosesləri ilə yaxından tanış olublar. İnstitutun Ekspozisiya zalında olan qonaqlar əlyazma kolleksiyasına heyranlıqlarını bildiriblər, əlyazmaların mulyaj işinin məhz institutda həyata keçirilməsini yüksək qiymətləndiriblər.
Qonaqlar akademik Teymur Kərimlini bu ilin aprel ayında M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında keçiriləcək beynəlxalq konfransa dəvət ediblər.
Rusiyalı mütəxəssislər Əlyazmalar İnstitutundan xoş təəssüratlarla ayrılıblar.


OXŞAR XƏBƏRLƏR:

31.10.18 BEYNƏLXALQ FƏLSƏFƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ ƏLYAZMALAR İNSTİTUTUNDA
12.10.18 TANINMIŞ MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
06.09.18 İSRAİLLİ ALİMLƏR ƏLYAZMALAR İNSTİTUTUNDA
30.06.18 ƏLİŞİR NƏVAİ ADINA DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİNİN REKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
25.06.18 TÜRKMƏNİSTANIN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FÖVQALADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ TÜRKMƏNİSTAN ELMLƏR AKADEMİYASININ ƏMƏKDAŞLARI İLƏ BİRGƏ AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNDA QONAQ OLUB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla