ON DÖRD MƏSUMUN TƏRCÜMEYİ-HALINI EHTİVA EDƏN KİTAB NƏŞR OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ON DÖRD MƏSUMUN TƏRCÜMEYİ-HALINI EHTİVA EDƏN KİTAB NƏŞR OLUNUB

12.04.18. Oxunma sayı: 245 NƏŞRLƏR

Bu günlərdə “Ekoprint” nəşriyyatı XX əsrin əvvəlində geniş maarifçilik fəaliyyəti ilə məşğul olmuş Hacı Şıxəli Feyzullahzadənin “Təzkirətül-övliya” əsərini çap edib. Kitab AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan və 1917-ci ildə “Açıq söz” elektirk mətbəəsində işıq üzü görmüş çap nüsxəsi əsasında nəşrə hazırlanıb. Hacı Şıxəli Feyzullahzadə keçən əsrin əvvəlində Bakıda fəaliyyət göstərən “Səadət” mədrəsəsinin müdiri olmub və yazıçılıq məharəti ilə fərqlənib Onun Osmanlı ləhcəsində yazdığı bu kitabında on dörd məsumun hər birinin ayrı-ayrılıqda həyat və fəaliyyəti öz əksini tapır. Kitabı AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Hacı Rauf Şeyxzamanlı nəşrə hazırlayıb. Bəzi istisnalar nəzərə alınmazsa, müəllif əsərin dil və üslub xüsusiyyətlərini qoruyub saxlamağa çalışıb.
Kitabın redaktoru mərhum Hacı Müqəddəs Payızovdur.  скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB
14.03.18 YAPON MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB
30.11.17 AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla