AKADEMİK TEYMUR KƏRİMLİ MƏDƏNİYYƏT KANALINDA ƏLYAZMALAR İNSTİTUTUNUN UĞURLARINDAN BƏHS EDİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



AKADEMİK TEYMUR KƏRİMLİ MƏDƏNİYYƏT KANALINDA ƏLYAZMALAR İNSTİTUTUNUN UĞURLARINDAN BƏHS EDİB

22.01.20. Oxunma sayı: 56 MEDİA
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Mədəniyyət kanalında yayımlanan “Səhərçağı” verilişinin qonağı olub. Akademik ötən il Əlyazmalar İnstitutunun əldə etdiyi nailiyyətlərdən danışıb, “Nəsimi ili” çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin bütövlükdə AMEA tərəfindən yüksək səviyyədə keçirilidiyi, Nəsiminin əsərlərinin dünyanın 17 dilində çap olunduğunu qeyd edib. Rəhbəri olduğu Əlyazmalar İnstitutununda “Nəsimi ili”ndə fəal iştirak etdiyini vurğulyan Teymur Kərimli yubiley çərçivəsində institutun dünya kitabxanalarından Nəsimiyə aid əlyazmalar əldə etdiyini, onların üzərində araşdırmalar aparılaraq çap etdirildiyini, xarici ölkələrdə keçirilən tədbirlərə institutun qatıldığını bildirib.
Bu il 70 yaşı tamam olan Əlyazmalar İnstitutu ilə bağlı görüləcək işlər haqqında aparıcıların suallarını cavablandıran akademik nəzərdə tutulan tədbirlər haqqında məlumat verib, bildirib ki, zəngin xəzinəyə malik Əlyazmalar İnstitutu araşdırmalara davam etməkdədir və bu il də yeni tədqiqatlar aparılacaq, kitablar çap olunacaq.
Teymur Kərimli 2020-ci ildə eyni zamanda AMEA-nın 75 illiyinin keçiriləcəyini nəzərə çatdırıb və Azərbaycan elminin daha da irəli gedəcəyinə inandığını bildirib: “Bir müddət bundan öncə AMEA-nın rəhbərliyi dəyişildi. Dünya şöhrətli filosofumuz, böyük ictimai və dövlət xadimimiz, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövləti quruculuğunda ən yaxın silahdaşlarından biri olan akademik Ramiz Mehdiyev AMEA-ya rəhbərlik etməyə başladı. Akademiyada köklü islahatlar getməkdədir və düşünürəm ki, bu islahatlar AMEA-nın 75 illiyində davam edəcək və Azərbaycan elmi layiqli səviyyəyə yüksələrək dünya elmində öz sözünü deyəcək”.



OXŞAR XƏBƏRLƏR:

24.12.19 AKADEMİK TEYMUR KƏRİMLİ “KÖNÜL DÜNYAMIZ” VERİLİŞİNİN QONAĞI OLUB
22.11.19 AKADEMİK TEYMUR KƏRİMLİ LENT.AZ SAYTINA MÜSAHİBƏ VERİB
14.06.19 PROFESSOR PAŞA KƏRİMOV MİLLİ QURTULUŞ GÜNÜ İLƏ BAĞLI "AzərTAC"A MÜSAHİBƏ VERİB
05.04.19 RUSİYA MƏTBUATI ƏLYAZMALAR İNSTİTUTUNUN FƏALİYYƏTİNİ İŞIQLANDIRIR
06.03.19 AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla