AKADEMİK TEYMUR KƏRİMLİ YAZIÇI-PUBLİSİST RƏŞAD MƏCİDİN “QƏLƏMSİZ YAZILANLAR” KİTABININ TƏQDİMAT MƏRASİMİNDƏ İŞTİRAK EDİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



AKADEMİK TEYMUR KƏRİMLİ YAZIÇI-PUBLİSİST RƏŞAD MƏCİDİN “QƏLƏMSİZ YAZILANLAR” KİTABININ TƏQDİMAT MƏRASİMİNDƏ İŞTİRAK EDİB

16.01.20. Oxunma sayı: 66 TƏDBİRLƏR
Yanvarın 15-də Bakı Yunus Emre İnstitutunda tanınmış yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin Türkiyədə nəşr olunan “Qələmsiz yazılanlar” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirə dəvət alan AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli yazıçının istedadını və sözügedən kitabını yüksək qiymətləndirərək söyləyib: “Kitabın nə ilə və ya nə üzərində yazılmasından asılı olmayaraq onun içindəki mətləblər daha çox əhəmiyyət daşıyır. “Qələmsiz yazılanlar” kitabı akademik İsa Həbibbəylinin təbirincə desək, bütün yönləri ilə yaradıcı olan Rəşad Məcidin ayrı-ayrı vaxtlarda sosial şəbəkələrdə yazdığı statusların toplusu, çağdaş zamanın diktə etdiyi sürətli, lakonik, amma məna yükü dərin, bəzən ağır olan çoxillik təcrübənin, müşahidələrin, hər gün üzləşdiyimiz hadisələrə onun özünəməxsus şəkildə reaksiyasının əksidir. Bu statuslarda müəllifin poetik misraları da yer alıb, ictimai həyatla sıx təmasda olan, gündəlik həyatımızda rastlaşdığımız ən müxtəlif hadisələrə verdiyi operativ münasibət də öz ifadəsini tapıb”.
Təqdimat mərasimində iştirak edən ölkənin digər tanınmış ziyalıları və Türkiyəli qonaqlar Rəşid Məcid yaradıclığından, ərsəyə gətirdiyi yeni kitabdan söz açıblar, maraqlı fikirlər səsləndiriblər.
Sonda yazıçı-publisist Rəşad Məcid çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

OXŞAR XƏBƏRLƏR:

22.11.19 HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB
24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
31.05.19 AKADEMİK TEYMUR KƏRİMLİNİN "NƏSİMİ HUMANİZMİNİN ÜMUMBƏŞƏRİ ƏHƏMİYYƏTİ" MÖVZUSUNDA MƏRUZƏSİ DİNLƏNİLİB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla