ƏLYAZMALAR İNSTİTUTU “NƏSİMİ İLİ”NDƏ FƏAL İŞTİRAKINA GÖRƏ TƏLTİFLƏRƏ LAYİQ GÖRÜLÜB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTU “NƏSİMİ İLİ”NDƏ FƏAL İŞTİRAKINA GÖRƏ TƏLTİFLƏRƏ LAYİQ GÖRÜLÜB

13.01.20. Oxunma sayı: 52 NAİLİYYƏTLƏR
Yanvarın 13-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar elan olunmuş“Nəsimi ili”nin yekunlarına həsr edilən elmi sessiya keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarını xatırladıb. Bu sərəncamların müstəqillik şəraitində insanlarda Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsindəki müsbət rolunu, dahi şairin dünyada tanıdılması baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
Birinci vitse-prezident “Nəsimi ili” çərçivəsində Humanitar Elmlər Bölməsinə daxil olan elmi müəssisə və təşkilatlar tərəfindən silsilə konfransların, elmi sessiyaların keçirildiyini, həmçinin mətbuatda İmadəddin Nəsimi yaradıcılığının təbliğ edildiyini bildirib. Vurğulayıb ki, Nəsimiyə həsr olunan çoxlu sayda fundamental əsərlərin, elmi araşdırmaların meydana gəlməsi dövlətimiz və alimlərimiz tərəfindən dahi şairin yaradıcılığına verilən böyük qiymətin təzahürüdür.
Daha sonra AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli mütəfəkkir şairin zəngin ədəbi irsindən, Azərbaycan ədəbiyyatındakı mövqeyindən bəhs açıb.
Sonda AMEA-da il ərzində işıq üzü görmüş Nəsimiyə həsr olunan kitabların müəlliflərinə Fəxri fərman və təşəkkürnamələr təqdim edilib.
Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov, eləcə də əməkdaşlardan filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, Şöhrət Səlimbəyli, Fəxrəddin Əli Fəxri fərmanlarla, elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov isə Təşəkkür bəlgəsi ilə təltif olunublar.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

22.11.19 DAŞKƏNDDƏ ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİNİN NİZAMİ İLƏ BAĞLI MONOQRAFİYASININ TƏQDİMATI OLUB
11.09.19 “AZƏRBAYCAN MULTİDİSSİPLİNAR ƏLYAZMASI: XƏZİNƏDƏN İNCİLƏR” ABŞ-IN KONQRES KİTABXANASININ FONDUNA DAXİL EDİLİB
20.05.19 İNSTİTUTUN ELMİ JURNALLARI UNESCO-NUN “ROAD” ELMİ İNDEKSLƏŞDİRMƏ REYESTRİNƏ DAXİL EDİLİB
02.05.19 ƏLYAZMALAR İNSTİTUTUNUN FƏALİYYƏTİ YÜKSƏK QİYMƏTLƏNDİRİLİB
08.12.18 AKADEMİK TEYMUR KƏRİMLİ ƏL-FƏRABİ ADINA QAZAXISTAN MİLLİ UNİVERSİTETİNİN YUBİLEY MEDALI İLƏ TƏLTİF OLUNUB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla