ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ “MEHRİBAN ƏLİYEVA – AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN HAMİSİ” ADLI KİTABI NƏŞR EDİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ “MEHRİBAN ƏLİYEVA – AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN HAMİSİ” ADLI KİTABI NƏŞR EDİLİB

06.04.18. Oxunma sayı: 261 NƏŞRLƏR

“Şərq-Qərb” nəşriyyatında Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın Heydər Əliyev Fondunun rəhbəri kimi fəaliyyətini əks etdirən “Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin hamisi” adlı nəfis tərtibatla, foto materiallarla zəngin kitab çapdan çıxıb. Fransız və  Azərbaycan dillərində işıq üzü görmüş bu kitab yerli və fransızdilli xarici oxuculara Mehriban xanım Əliyevanın mədəniyyətin hamisi kimi Azərbaycan və dünyada gördüyü işlər barədə məlumat vermək məqsədilə nəşr edilib. Kitabın tərtibçisi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Əzizə Ələkbərova, elmi redaktoru Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovdur.
Kitabı fransız dilinə Həbib Babayev və Zaur Mustafayev tərcümə etmişlər. Bu, Mehriban Əliyevanın mədəniyyətin hamisi kimi fəaliyyətinə dair fransızca yazılmış ilk kitabdır.
скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB
26.02.18 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ANIM MƏRASİMİ KEÇİRİLİB
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB
19.01.18 ƏLYAZMALAR İNSTİTUTUNDA “20 YANVAR-ÜMUMXALQ HÜZN GÜNÜ” ADLI ELMİ SESSİYA KEÇİRİLİB
30.11.17 AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla