ƏMƏKDAŞIMIZ XVIII ƏSR ALİMİ ƏL-QULHANİ İRSİNİN İZİ İLƏ QUBADA EZAMİYYƏTDƏ OLUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏMƏKDAŞIMIZ XVIII ƏSR ALİMİ ƏL-QULHANİ İRSİNİN İZİ İLƏ QUBADA EZAMİYYƏTDƏ OLUB

13.01.20. Oxunma sayı: 37 EZAMİYYƏLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Quba rayonunun qədim elm və mədəniyyət məskənlərindən biri Alıc kəndindən olan bır sıra alimlərin əsərlərinin əlyazmaları mühafizə edilir. Belə alimlərdən biri XVIII əsrdə yaşamış məşhur Məhəmməd bin İbrahim bin Hacı Çələbi əl-Alıcı əl-Qulhanidir. Onun türk və ərəb dillərində yazdığı əsərlərinin əlyazma nüsxələrindən “Təzkirat əl-ixvan” (üç nüsxə), “Təcvid”, “Müxtəsər fi əl-fiqh”, “Risalət əl-camiu əl-məcmuə”ni misal göstərmək olar. İnstitutda həmçinin Məhəmməd əl-Alıcının oğlu İsmail bin Məhəmməd əl-Alıcının “Fəraiz İsmailiyyə”, “Müxtəsər fiqh” adlı əsərlərinin əlyazma nüsxələri qorunmaqdadır.
Alim 1808-ci ildə Alıc kəndində vəfat edib, Quba şəhərində Sultan Baba Rüstəm ziyarətgahı olan qəbirstanlıqda dəfn edilib.
Əlyazmalar İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Nailə Süleymanova bu günlərdə alimin yaşadığı Quba rayonunun Alıc kəndində ezamiyyətə olub. Burada Məhəmməd əl-Alıcının nəslindən olan nümayəndələrlə görüşən N.Süleymanova alim haqqında məlumat toplayıb.
Sonra Quba şəhərində Məhəmməd əl-Alıcının və onun nəslindən olan Əhməd bin Əbdürrəhim əl-Alıcı, Tacəddin bin Rəhmətullah Əfəndi əl-Alıcı, və Əbdürrəhim bin Musa əl-Alıcının əsərlərinin əlyazmalarını araşdıran əməkdaşımız onların siyahısını tutub.
Qeyd edək ki, Məhəmməd bin İbrahim bin Hacı Çələbi əl-Alıcı əl-Qulhani haqqında ilk və yeganə məlumatı Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində verib.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

13.10.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ KAZAN FEDERAL UNİVERSİTETİNDƏ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİBLƏR
02.07.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ KONQRESDƏ İŞTİRAK EDİBLƏR
21.05.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI ÖZBƏKİSTANDA ELMİ EZAMİYYƏTDƏ OLUB
06.12.18 İNSTİTUTUN ALİMİ AVROPADA TƏCRÜBƏ MÜBADİLƏSİNDƏ
10.01.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ İSTANBUL ŞƏHƏRİNDƏ ELMİ EZAMİYYƏTDƏ OLMUŞLAR

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla