ƏLYAZMALAR İNSTİTUTUNDA I SULTAN SÜLEYMANIN HİBƏNAMƏSİ AŞKAR EDİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNDA I SULTAN SÜLEYMANIN HİBƏNAMƏSİ AŞKAR EDİLİB

10.01.20. Oxunma sayı: 135 NAİLİYYƏTLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Nailə Süleymanova institutda saxlanılan arxeoqrafik sənədlər arasında Osmanlı Dövlətinin onuncu padşahı Qanuni Sultan Süleymanın (v.1494/1566) hibənaməsini (torpaq bağışlanması haqqında fərman) aşkar edib. Hibənamə hicri 975-ci (m.1566) ildə İstanbulda (Konstatiniyyə) cəli xətti ilə qara, qızılı və göy rəngli mürəkkəblə əski əlifbada türk dilində yazılıb. Tumar (lülə) şəklində olan hibənamənin ölçüsü 30x180 sm-dir.
Hibənamənin sonunda vəzirlərdən Muhəmməd bin Əbdülhəyy, Pərtəv bin Əbdülhəyy, Fərhad bin Əbdülhəyy, qazıəskərlərdən Əhməd bin Mustafa (Rumeli), Hüseyn bin Əbdülhəyy (Anadolu) və şahid olaraq Əhməd bin əl-Dəftəri (Rumeli) imza atmışlar.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

25.11.19 NƏSİMİ ARDICILI SÜRURİNİN DİVANININ AVTOQRAF NÜSXƏSİ AŞKAR EDİLİB
10.12.18 İNSTİTUT “MANUSCRIPTS” JURNALININ YENİ SAYINI ƏLDƏ ETMİŞDİR
29.11.18 ƏLYAZMALAR İNSTİTUTU YENİ ƏLYAZMA ƏLDƏ EDİB
13.11.18 ƏLYAZMALAR İNSTİTUTU “ƏCAİB ƏL-MƏQDUR” ƏSƏRİNİN DİLİMİZƏ TƏRCÜMƏSİNİN SURƏTİNİ ƏLDƏ EDİB
13.06.18 KİTABXANIMIZA BEYNƏLXALQ ƏLYAZMALAR CƏMİYYƏTİNİN “MANUSCRİPTS” JURNALININ YENİ SAYI DAXİL OLUB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla