AKADEMİK TEYMUR KƏRİMLİ MƏMMƏD CƏFƏR CƏFƏROVUN 110 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYADA İŞTİRAK EDİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



AKADEMİK TEYMUR KƏRİMLİ MƏMMƏD CƏFƏR CƏFƏROVUN 110 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYADA İŞTİRAK EDİB

26.12.19. Oxunma sayı: 271 TƏDBİRLƏR
Dekabrın 26-da AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda AMEA-nın Humanitar Elmlər Bölməsinin təşkilatçılığı ilə “Akademik Məmməd Cəfər Cəfərov və Azərbaycan humanitar elminin müasir problemləri” mövzusunda elmi sessiya keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb. Əvvəlcə Prezident İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli Sərəncamının əhəmiyyətini diqqətə çatdıran akademik Azərbaycan ədəbiyyatşünaslıq tarixində özünəməxsus yer tutan Məmməd Cəfər Cəfərovun fəaliyyətindən ətraflı bəhs açıb.
Sessiyada iştirak edən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli “Akademik Məmməd Cəfər Cəfərov və klassik ədəbi irs” mövzusunda geniş elmi məruzə ilə çıxış edib.
Tədbirdə həmçinin digər tanınmış ədəbiyyatşünas alimlərimizin M.C.Cəfərovun zəngin yaradıcılığını əhatə edən çıxışları dinlənilib.


OXŞAR XƏBƏRLƏR:

22.11.19 HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB
24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
12.04.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “YAZILI ABİDƏLƏRİN GÖRKƏMLİ TƏDQİQATÇISI HƏMİD ARASLI” MÖVZUSUNDA ELMİ SESSİYA KEÇİRİLİB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla