AKADEMİK TEYMUR KƏRİMLİ CƏLİL MƏMMƏDQULUZADƏNİN 150 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN YUBİLEY TƏDBİRİNDƏ İŞTİRAK EDİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



AKADEMİK TEYMUR KƏRİMLİ CƏLİL MƏMMƏDQULUZADƏNİN 150 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNAN YUBİLEY TƏDBİRİNDƏ İŞTİRAK EDİB

26.12.19. Oxunma sayı: 257 TƏDBİRLƏR
Dekabrın 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli Azərbaycan yazıçısı, dramaturqu Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunan təntənəli tədbir keçirilib.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli yubiley tədbirinə ilk dəvət alanlar sırasında olub.
Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, AMEA-nın vitse-prezidenti, Əməkdar elm xadimi, akademik İsa Həbibbəyli, Xalq yazıçısı Anar, eləcə də ölkənin tanınmış ziyalıları, mədəniyyət və incəsənət xadimləri iştirak edib.
Mədəniyyət naziri Əbülfəs Qarayev mərasimdə giriş nitqi söyləyib.
Tədbirdə çıxış edənlər görkəmli ədibin hərtərəfli yaradıcılığına toxunaraq onun Azərbaycan ədəbiyyatındakı müstəsna rolundan, mollanəsrəddinçilik fəaliyyətinin Azərbaycanda və onun hüdudlarından kənarda milli oyanış hərəkatına yol açmasından, əsərlərində ictimai mühiti dolğun əks etdirən rəngarəng obrazlar yaratmasından və digər xüsusiyyətlərindən bəhs açıblar.
Daha sonra Akademik Milli Dram Teatrının, Gənc Tamaşaçılar Teatrının, Rus Dram Teatrının və Akademik Musiqili Teatrının aktyorları Cəlil Məmmədquluzadənin yaradıcılıq nümunələri əsasında hazırladıqları səhnəcikləri təqdim ediblər.

OXŞAR XƏBƏRLƏR:

22.11.19 HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB
24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
22.05.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “CƏLİL MƏMMƏDQULUZADƏNİN HƏYAT VƏ YARADICILIĞI ƏLYAZMA VƏ SƏNƏDLƏRDƏ ” MÖVZUSUNDA ELMİ SESSİYA KEÇİRİLİB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla