ƏLYAZMALAR İNSTİTUTU MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATI VƏ MƏDƏNİYYƏTİNİN GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNİN ƏLYAZMALARINI TOPLAYIR » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTU MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATI VƏ MƏDƏNİYYƏTİNİN GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNİN ƏLYAZMALARINI TOPLAYIR

06.04.18. Oxunma sayı: 258 ELANLAR

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu müasir Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli nümayəndələrinin əlyazmalarının, əsli materiallarının (epistolyar irsinin, fotoların və foto-sənədli məlumatların və s.) toplanması işinə başlayıb. Aksiya İnstitutun şəxsi arxivlər fondunun daha da zənginləşdirilməsi, müasir yazıçı və şairlərin, incəsənət xadimlərinin əlyazmalarının mühafizə olunması və geniş oxucu auditoriyasına təqdim edilməsi məqsədilə həyata keçirilir. Artıq bu məqsədlə xalq şairi Sabir Rüstəmxanlı öz əlyazmalarından ibarət şəxsi arxivini İnstituta hədiyyə etmişdir. Şairin şeirlərinin, tərcümələrinin, “Difai fədailəri” romandan parçaların, “Ömür kitabı”, “Xətayi yurdu” adlı xatirə romanlarından parçaların əlyazmaları arxivə daxil olan qiymətli mənbələr sırasındadır. Əlyazmalar İnstitutu digər mədəniyyət və incəsənət xadimlərini, ədəbiyyat nümayəndələrini, o cümlədən, müasir dövrün görkəmli şair və yazıçılarını də bu tədbirə qoşulmağa və gələcək nəsillərə dəyərli töhfə verməyə çağırır.
скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

14.03.18 YAPON MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA
26.02.18 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ANIM MƏRASİMİ KEÇİRİLİB
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB
06.02.18 ƏLYAZMALAR İNSTİTUTU BEYNƏLXALQ ƏLYAZMALAR CƏMİYYƏTINƏ ÜZV SEÇİLMİŞDİR
30.11.17 AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla