AKADEMİK TEYMUR KƏRİMLİ “ƏBƏDİYYƏT ÜFÜQÜNDƏ DOĞAN GÜNƏŞ” ADLI ƏDƏBİ-BƏDİİ TƏDBİRDƏ İŞTİRAK EDİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



AKADEMİK TEYMUR KƏRİMLİ “ƏBƏDİYYƏT ÜFÜQÜNDƏ DOĞAN GÜNƏŞ” ADLI ƏDƏBİ-BƏDİİ TƏDBİRDƏ İŞTİRAK EDİB

25.12.19. Oxunma sayı: 99 TƏDBİRLƏR / NƏSİMİ-650
Dekabrın 25-də Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın dahi mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Əbədiyyət üfüqündə doğan günəş” adlı ədəbi-bədii tədbir keçirilib. Əvvəlcə iştirakçılar Muğam Mərkəzinin foyesində Nəsimiyə həsr olunmuş əsərlərdən ibarət kitab sərgisi ilə tanış olublar.
Yeni Azərbaycan Partiyası ilə Mədəniyyət Nazirliyinin “Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planı” və 2019-cu il “Nəsimi ili” çərçivəsində keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, Milli Məclisin deputatları, Azərbaycandakı xarici ölkələrin diplomatik korpuslarının təmsilçiləri iştirak ediblər.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli tədbirə dəvət alıb. Böyük şairin ədəbiyyatımızdakı möhtəşəm rolu barədə nitq söyləyən akademik tədbirin keçirilməsini yüksək dəyərləndirib.
Çıxışçıların hər biri “Nəsimi ili” çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən, Nəsimi yaradıcılığına, ümumilikdə Azərbaycan mədəniyyətinə, şeirinə, sənətinə göstərilən yüksək dövlət qayğısından danışıb.
Tədbirin bədii hissəsində Azərbaycanın görkəmli incəsənət xadimləri, qiraət ustaları çıxış ediblər. Sənətkarların və musiqiçilərin Nəsimi irsinə müraciəti tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.
Sonda tədbirin rəsmi və bədii hissəsinin iştirakçılarına fəxri fərmanlar təqdim olunub.


OXŞAR XƏBƏRLƏR:

22.11.19 HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB
24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
22.05.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “CƏLİL MƏMMƏDQULUZADƏNİN HƏYAT VƏ YARADICILIĞI ƏLYAZMA VƏ SƏNƏDLƏRDƏ ” MÖVZUSUNDA ELMİ SESSİYA KEÇİRİLİB
13.05.19 GÖRKƏMLİ DİLÇİ ALİM QARA MƏŞƏDİYEVİN 80 İLLİK YUBİLEYİ QEYD OLUNUB
06.03.19 AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla