ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ SİMPOZİUMDA İŞTİRAK EDİBLƏR » Əlyazmalar İnstitutu



ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ SİMPOZİUMDA İŞTİRAK EDİBLƏR

25.12.19. Oxunma sayı: 321 TƏDBİRLƏR
Bu günlərdə Ağsuda MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü, Ağsu Rayonu İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun, Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının, Gürcüstan Qafqaz İrsi Araşdırma İnstitutunun və “Az-Granata” MMC-nin dəstəyi ilə "Tərəkəmə həyat tərzi: dünən, bu gün və sabah" mövzusunda II Beynəlxalq Ağsu Simpoziumu keçirilib. İki gün davam edən simpoziumda Azərbaycanın 10-dan çox elm və təhsil müəssisələrinin, Türkiyə, Gürcüstan, İtaliya və İsveçin alim və tədqiqatçıları iştirak edirlər.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları – İradə Vəzirova və Şəhla Xəlilli beynəlxalq tədbirə dəvət alıblar.
Beynəlxalq tədbirin iştirakçıları əvvəlcə Ağsu şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.
Açılış mərasimində çıxış edən MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli 2019-cu ili “Tərəkəmə həyat tərzi ili” elan etdiklərini, bu istiqamətdə xeyli iş gördüklərini vurğulayıb.
Çıxışçılar adıgedən simpoziumun elm aləmi üçün əhəmiyyətindən danışıblar.
Sonra məruzələr dinlənilib.
Əməkdaşlarımız İradə Vəzirova “Dağıstan tərəkəmələrinin dini və təsəvvüfi inancları”, Şəhla Xəlilli isə “Əlaəddin Sabit Bosnəvinin “Zəfərnamə” əsərində Krım tatarları” mövzularında məruzələrlə çıxış ediblər.
Hər iki tədqiatçımıza sertifikatlar təqdim olunub.
Tədbir çərçivəsində simpozium iştirakçıları “Az-Granata” MMC-nin bölgədəki böyük istehsal müəssisəsi və onun muzeyi ilə tanış olublar.
Tədbir konsert proqramı ilə başa çatıb.



OXŞAR XƏBƏRLƏR:

24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla