“KEÇMİŞƏ SƏYAHƏT” KİTABI ƏLYAZMALAR İNSTİTUTUNA HƏDİYYƏ EDİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



“KEÇMİŞƏ SƏYAHƏT” KİTABI ƏLYAZMALAR İNSTİTUTUNA HƏDİYYƏ EDİLİB

24.12.19. Oxunma sayı: 95 GÖRÜŞLƏR
Dekabrın 24-də Geologiya və Geofizika İnstitutunun əməkdaşı, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Səidə Mirizadə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna gələrək müəllifi olduğu “Keçmişə səyahət” (rus dilində) adlı kitabını müəssisəyə hədiyyə edib. Kitab Azərbaycanın məşhur xeyriyyəçisi, mesenat Hacı Zeynalabdin Tağıyevin kiçik qızı Sürəyya Abdullayevanın ömür yoluna həsr edilib. Nadir sənədlər, fotoşəkillər və xatirələrin yer aldığı nəşrdə Tağıyevin dəstəyi ilə açılmış müsəlman Şərqində ilk qızlar məktəbi, hal-hazırda isə Əlyazmalar İnstitutunun yerləşdiyi bina haqqında da ətraflı məlumat verilib.
Görüşdə Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova iştirak ediblər. İnstitutun ekspozisiya zalında olan S.Mirizadəyə burada nümayiş olunan nadir eksponatlar haqqında geniş məlumat verilib.


OXŞAR XƏBƏRLƏR:

16.01.19 HAFİZ PAŞAYEV ƏLYAZMALAR İNSTİTUTUNUN QONAĞI OLUB
31.10.18 BEYNƏLXALQ FƏLSƏFƏ MƏKTƏBİNİN ŞAGİRDLƏRİ ƏLYAZMALAR İNSTİTUTUNDA
12.10.18 TANINMIŞ MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
30.06.18 ƏLİŞİR NƏVAİ ADINA DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİNİN REKTORU ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB
25.06.18 TÜRKMƏNİSTANIN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FÖVQALADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ TÜRKMƏNİSTAN ELMLƏR AKADEMİYASININ ƏMƏKDAŞLARI İLƏ BİRGƏ AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNDA QONAQ OLUB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla