AKADEMİK TEYMUR KƏRİMLİ “ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏTDƏ MİLLİ KİMLİK VƏ MƏNƏVİ ZƏNGİNLİK” RESPUBLİKA ELMİ KONFRANSINDA » Əlyazmalar İnstitutu



AKADEMİK TEYMUR KƏRİMLİ “ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏTDƏ MİLLİ KİMLİK VƏ MƏNƏVİ ZƏNGİNLİK” RESPUBLİKA ELMİ KONFRANSINDA

20.12.19. Oxunma sayı: 269 TƏDBİRLƏR
Dekabrın 20-də AMEA-nın Əsas binasında Folklor İnstitutunun təşkilatçılığı ilə “Ədəbiyyat və incəsənətdə milli kimlik və mənəvi zənginlik” mövzusunda respublika elmi konfransı keçirilib.
Konfrans AMEA-nın “İdeya-estetik tərbiyədə ədəbiyyat və incəsənətin rolu: milli kimlik və mənəvi zənginlik” elmi-tədqiqat proqramı çərçivəsində baş tutub.
Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun başçılığı ilə keçirilən tədbirdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Kamran Əliyev, filologiya üzrə elmlər doktoru Mahirə Quliyeva, eləcə də ölkənin digər alim və tədqiqatçıları iştirak ediblər.
Konfransda “Azərbaycan “Oğuznamə”si və mənəvi dəyərlər sistemi”, “Təsviri sənət mənəvi zənginliyin cismani göstəricisi kimi”, “Bədii ədəbiyyatda əxlaq və mənəviyyat” və s. mövzular üzrə məruzələr dinlənilib, ədəbiyyat və incəsənətin milli-mənəvi hisslərin formalaşmasındakı rolundan bəhs açılıb.


OXŞAR XƏBƏRLƏR:

22.11.19 HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB
24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla