XIV ƏSR TARİXİNƏ AİD DƏYƏRLİ MƏNBƏ » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



XIV ƏSR TARİXİNƏ AİD DƏYƏRLİ MƏNBƏ

04.04.18. Oxunma sayı: 267 NƏŞRLƏR

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə daha bir dəyərli əsər işıq üzü görüb. Elvin Rəfail oğlu Talışxanovun “Hafiz Əbrunun “Zayli-cami ət-təvarixi-Raşidi” XIV əsr Azərbaycan tarixinin öyrənilməsi üzrə mənbə kimi” adlı əsəri təkcə tarixçi-mənbəşünaslara deyil, eyni zamanda geniş oxucu kütləsinə ünvanlanıb. 
Geniş ön söz, dörd fəsil və geniş ədəbiyyat siyahısından ibarət olan kitabda XIV əsr mənbələri, Hafiz Əbrunun həyat və yaradıcılığı, “Zayli-cami ət-təvarixi-Raşidi”nin meydana gəlməsi, XIV əsrdə mövcud olmuş dövlətlər və s. barədə geniş məlumat verilir. Müəllif hər bir tarixi faktı bir neçə mənbə əsasında araşdırdıqdan və məxəzləri müqayisəli şəkildə təhlil etdikdən sonra öz mövqeyini ortaya qoyur ki, bu da əsərin elmi əhəmiyyətini daha da artırır.
Kitabın məsləhətçisi professor Mehdi Kazımov, elmi redaktoru t.ü.f.d. Rəna Məmmədovadır. Kitaba f.ü.e.d. P.Kərimov və t.ü.e.d. T.Həsənzadə rəy vermişlər.    
скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB
26.02.18 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ANIM MƏRASİMİ KEÇİRİLİB
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB
30.11.17 AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla