AKADEMİK TEYMUR KƏRİMLİ GÖRKƏMLİ ALİM MİRZƏ RƏHİMOVUN 90 İLLİK YUBİLEY TƏDBİRİNDƏ İŞTİRAK EDİB » Əlyazmalar İnstitutu



AKADEMİK TEYMUR KƏRİMLİ GÖRKƏMLİ ALİM MİRZƏ RƏHİMOVUN 90 İLLİK YUBİLEY TƏDBİRİNDƏ İŞTİRAK EDİB

20.12.19. Oxunma sayı: 286 TƏDBİRLƏR
Dekabrın 20-də AMEA-da Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə görkəmli türkoloq və şərqşünas alim, professor Mirzə Rəhimovun 90 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, ölkənin digər tanınmış elm adamları və alimin ailə üzvləri iştirak ediblər.
Yubiley tədbirində çıxış edənlər Azərbaycan dilçiliyinin və şərqşünaslıq sahəsinin inkişafında mühüm xidmətələri olmuş Mirzə Rəhimovun ömür yolundan, geniş elmi və pedaqoji fəaliyyətindən bəhs ediblər, alim haqqında xoş xatirələrini bölüşüblər.
Tədbirin sonunda Mirzə Rəhimovun təkrar nəşr olunmuş “Azərbaycan dilində feil şəkillərinin formalaşması tarixi” kitabı təqdim edilib.


OXŞAR XƏBƏRLƏR:

10.08.19 YAZILI ABİDƏLƏRİN, MEMUAR ƏDƏBİYYATIMIZIN YORULMAZ TƏDQİQATÇISI
20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75
09.05.17 NƏSİB GÖYÜŞOV - 70
02.10.17 CAHANGİR QƏHRƏMANOV - 90
02.10.18 AKADEMİK TEYMUR KƏRİMLİ-65

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla