“AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA” MÖVZUSUNDA IV BEYNƏLXALQ ELMİ KONFRANSIN MATERİALLARI NƏŞR OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



“AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA” MÖVZUSUNDA IV BEYNƏLXALQ ELMİ KONFRANSIN MATERİALLARI NƏŞR OLUNUB

20.12.19. Oxunma sayı: 128 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda oktyabr ayında keçirilmiş “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda IV Beynəlxalq elmi konfransın materialları çapdan çıxıb. Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konfransın materialları Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin ümumi redaktəsi ilə nəşrə hazırlanıb.
Topluda yerli alimlərin Nəsimi yaradıcılığına müxtəlif elmi yanaşmaları ilə bərabər, tanınmış əcnəbi tədqiqatçıların da maraqlı məqalələri dərc olunub. Almaniyalı alim, Nəsimi irsinin araşdırıcısı Maykl Reynhard Hessin “Nəsimi və hürufilik”, Türkiyəli alimlərdən – Şahin Əhmədoğlunun “İmadəddin Nəsiminin Quran və insanla bağlı bəzi görüşləri”, Güldanə Gündüzözün “Hürufiliyin Anadolu təsəvvüf ənənəsi üzərindəki təsirləri” və digər müəlliflərin yazıları topluda yer alıb.
Maraqlananlar jurnalın elektron variantını yükləyə bilərlər (PDF).
OXŞAR XƏBƏRLƏR:

21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
13.07.18 ƏLYAZMALAR İNSTİTUTUNUN DOKTORANTININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
15.05.18 TƏFSİRŞÜNASLIĞA DƏYƏRLİ TÖHFƏ
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla