AKADEMİK TEYMUR KƏRİMLİ AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN 85 İLLİK YUBİLEY TƏDBİRİNDƏ İŞTİRAK EDİB » Əlyazmalar İnstitutu



AKADEMİK TEYMUR KƏRİMLİ AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN 85 İLLİK YUBİLEY TƏDBİRİNDƏ İŞTİRAK EDİB

19.12.19. Oxunma sayı: 254 TƏDBİRLƏR
Dekabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Yazıçılar Birliyinin (AYB) 85 illik yubiley tədbiri qeyd olunub. Tədbirdə dövlət və hökumət nümayəndələri, elm xadimləri, AYB-nin üzvləri iştirak ediblər. AYB-nin Ağsaqqallar Şurasının üzvü, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli yubiley tədbirinin iştirakçısı olub.
Tədbirin əvvəlində ölkə başçısı İlham Əliyevin Azərbaycan Yazıçılar Birliyinin 85 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubu oxunub. AYB-nin sədri, Xalq yazıçısı Anar çıxış edərək rəhbəri olduğu qurumun fəaliyyətini yüksək qiymətləndirdiyi üçün Prezident İlham Əliyevə təşəkkürünü bildirib. AYB-nin 85 illik tarixinə nəzər salan sədr qurumun dünənindən və bu günündən, yazıçılara göstərilən dövlət qayğısından söhbət açıb.
Bədii hissə ilə davam edən yubiley tədbiri konsert proqramı ilə başa çatıb.


OXŞAR XƏBƏRLƏR:

10.08.19 YAZILI ABİDƏLƏRİN, MEMUAR ƏDƏBİYYATIMIZIN YORULMAZ TƏDQİQATÇISI
11.02.19 PROFESSOR PAŞA KƏRİMOVUN 60 İLLİK YUBİLEYİ
20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75
02.10.17 CAHANGİR QƏHRƏMANOV - 90
02.10.18 AKADEMİK TEYMUR KƏRİMLİ-65

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla