AMEA RƏYASƏT HEYƏTİNDƏ HEB-İN BÜRO İCLASI KEÇİRİLİB » Əlyazmalar İnstitutu



AMEA RƏYASƏT HEYƏTİNDƏ HEB-İN BÜRO İCLASI KEÇİRİLİB

19.12.19. Oxunma sayı: 355 TƏDBİRLƏR
Dekabrın 19-da AMEA Rəyasət Heyətində Humanitar Elmlər Bölməsinin (HEB) büro iclası keçirilib. Tədbirdə bölmənin büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri və aidiyyəti şəxslər iştirak ediblər.
Bölmənin akademik-katibi, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli iclası açıq elan edərək iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.
Akademik-katib bölməyə aid elmi müəssisələrin fəaliyyətlərini əks etdirən illik hesabat haqqında məlumat verərək bildirib ki, 2019-cu ildə 104 mövzunu əhatə edən 29 problem üzrə 184 mərhələdə 483 iş həyata keçirilib. İl ərzində bölmə üzrə 188 kitab, 102 monoqrafiya, 39 dərslik və elmi-kütləvi vəsait, 2198 məqalə və 446 tezis nəşr edilib, o cümlədən xaricdə 11 kitab, 14 monoqrafiya, 291 məqalə və 82 tezis işıq üzü görüb. İmpakt faktorlu jurnallarda bölmə əməkdaşlarının 39 məqaləsi nəşr olunub.
Teymur Kərimli cari ildə elmi müəssisələr tərəfindən 2 qrantın alındığını diqqətə çatdırıb. Kadr hazırlığı məsələsinə də toxunan akademik-katib hesabat ilində fəlsəfə doktorluğu üzrə 12, elmlər doktorluğu üzrə isə 1 nəfərin dissertasiya işini müdafiə etdiyini bildirib. O, həmçinin bu il 7 nəfərin magistraturada təhsilini davam etdirdiyini qeyd edib.
Sonra hesabatla bağlı geniş müzakirələr aparılıb. Bölmə üzvlərinin səsverməsindən sonra hesabat yekdilliklə qəbul edilib.
OXŞAR XƏBƏRLƏR:

22.11.19 HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB
24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
12.02.19 ELMİ ŞURADA PAŞA KƏRİMOVUN 60 İLLİK YUBİLEYİ QEYD OLUNUB
25.01.19 AKADEMİK TEYMUR KƏRİMLİNİN SƏDRLİYİ İLƏ İCLAS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla