AKADEMİK TEYMUR KƏRİMLİ “AZƏRBAYCANIN QEYRİ-MADDİ MƏDƏNİYYƏT ABİDƏLƏRİ VƏ ƏRTOĞRUL CAVİD” 12 CİLDLİYİNİN TƏQDİMAT MƏRASİMİNDƏ İŞTİRAK EDİB » Əlyazmalar İnstitutu



AKADEMİK TEYMUR KƏRİMLİ “AZƏRBAYCANIN QEYRİ-MADDİ MƏDƏNİYYƏT ABİDƏLƏRİ VƏ ƏRTOĞRUL CAVİD” 12 CİLDLİYİNİN TƏQDİMAT MƏRASİMİNDƏ İŞTİRAK EDİB

18.12.19. Oxunma sayı: 381 TƏDBİRLƏR
Bu günlərdə Azərbaycan Bəstəkarlar İttifaqında 12 cilddən ibarət “Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” kitabının və “Sözləri Hüseyn Cavidindir” - Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət not məcmuəsinin təqdimatı olub.
Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Milli Elmlər Akademiyası və Hüseyn Cavidin ev-muzeyinin birgə təşkilatçılığı ilə baş tutan tədbir Ərtoğrol Cavidin anadan olmasının 100 illiyinə həsr olunub.
Təqdimatı Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq Ərtoğrol Cavidin qısa ömür tarixçəsindən danışıb.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Ərtoğrul Cavidin çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın mədəniyyət tarixində silinməz izlər qoyduğunu vurğulayıb. Akademik XX əsrin əvvəllərində zəngin folklor nümunələrinin toplanılmasında, sistemləşdirilməsində və tədqiqində Ərtoğrol Cavidin əvəzsiz xidmətləri olduğunu qeyd edib.
AMEA Hüseyn Cavidin ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı Ərtoğrol Cavidinin şəxsi arxivinin rəhbərlik etdiyi müəssisədə qorunub saxlandığını diqqətə çatdırıb, bəstəkarın zəngin yaradıcılıq fəaliyyətindən ətraflı bəhs edib.
Təqdimat mərasimində çıxış edən musiqişünaslarƏrtoğrol Cavid yaradıcılığından, onun sözlərinə bəslənilən musiqi nömrələrindən söhbət açıblar.
Tədbir bədii hissə ilə davam edib.


OXŞAR XƏBƏRLƏR:

24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
13.05.19 GÖRKƏMLİ DİLÇİ ALİM QARA MƏŞƏDİYEVİN 80 İLLİK YUBİLEYİ QEYD OLUNUB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
19.01.18 ƏLYAZMALAR İNSTİTUTUNDA “20 YANVAR-ÜMUMXALQ HÜZN GÜNÜ” ADLI ELMİ SESSİYA KEÇİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla