ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ DAŞKƏNDDƏ NƏSİMİNİN 650 İLLİYİNƏ HƏSR OLUNMUŞ POEZİYA AXŞAMINDA İŞTİRAK EDİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ DAŞKƏNDDƏ NƏSİMİNİN 650 İLLİYİNƏ HƏSR OLUNMUŞ POEZİYA AXŞAMINDA İŞTİRAK EDİB

16.12.19. Oxunma sayı: 131 NƏSİMİ-650 / EZAMİYYƏLƏR
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Canımı qıldım fəda...” adlı poeziya axşamı keçirilib.
Tədbirdə Azərbaycanın və Özbəkistanın alimləri və mədəniyyət xadimləri, iştirak ediblər. Azərbaycan alimlərindən ibarət nümayəndə heyətinin tərkibində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə iştirak edib.
Tədbiri açan AMM-nin direktoru Samir Abbasov müsabiqənin bu ilin may ayında elan olunduğunu bildirib.
Müsabiqəyə təqdim olunan hər iki ölkə şairlərinin şeirlərindən ibarət özbək dilində “Məndə sığar iki cahan” adlı kitab çap edilib. Tədbirdə müsabiqəsinin Özbəkistan və Azərbaycandan olan qaliblərinə AMM-nin fəxri diplomları və pul mükafatları təqdim olunub.
Tədbir çərçivəsində “Nəsimi yaradıcılığı rəsmlərdə, fotolarda, əlyazmalarda” adlı sərgi nümayiş etdirilib.


OXŞAR XƏBƏRLƏR:

24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
31.05.19 AKADEMİK TEYMUR KƏRİMLİNİN "NƏSİMİ HUMANİZMİNİN ÜMUMBƏŞƏRİ ƏHƏMİYYƏTİ" MÖVZUSUNDA MƏRUZƏSİ DİNLƏNİLİB
29.05.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ “İCTİMAİ LİRİKANIN BANİSİ İMADDƏDİN NƏSİMİ” ADLI TƏDBİRƏ QATILIB
21.05.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI ÖZBƏKİSTANDA ELMİ EZAMİYYƏTDƏ OLUB
12.03.19 NƏSİMİNİN 650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla