ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI “NƏSİMİ İLİ” ÇƏRÇİVƏSİNDƏ FORUMDA İŞTİRAK EDİBLƏR » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI “NƏSİMİ İLİ” ÇƏRÇİVƏSİNDƏ FORUMDA İŞTİRAK EDİBLƏR

16.12.19. Oxunma sayı: 136 TƏDBİRLƏR / NƏSİMİ-650
Bu günlərdə Azərbaycan Gənclər Fondu və “Türkiyə Universitetləri Məzunları” təşkilatlarının dəstəyi ilə Bakı Konqres Mərkəzində təşkil olunmuş ““Nəsimi ili” mədəni irsimizin təbliğində Türkiyə Universitetləri məzunlarının rolu II Bakı Forumu” keçirilib. Forumda filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədli “Nəsimi şeirində Məhəmməd Peyğəmbər və Qurani-Kərim”, filologiya üzrə fəlsəfə doktoru, dosent Lamiyə Rəhimova “Nəsimi Həmid Araslı yaradıcılığında” mövzuları üzrə məruzə ediblər. İnstitutun digər alimləri - filologiya üzrə elmlər doktoru Aygül Hacıyeva, filologiya üzrə fəlsəfə doktorları – Rübabə Şirinova, Samirə Əliyeva, dosent Əzizağa Nəcəfov, dosent Aynur Hacıqədirli, dosent Aybəniz Rəhimova, dosent Aynur Nəcəfova və əməkdaşlardan Səadət Mürşüdova, Aysel Acalova, Aynur İskəndərli, Şəhla Xəlili, Tahirə Əliyeva, Günay Quliyeva və Nuranə Ələkbərova da tədbirdə iştirak ediblər.




OXŞAR XƏBƏRLƏR:

14.10.19 MİLLİ KİTABXANADA DOSENT ƏZİZAĞA NƏCƏFZADƏNİN “NİZAMİNİN TÜRKLÜYÜ VƏ TÜRKLÜYƏ MÜNASİBƏTİ AZƏRBAYCAN NİZAMİŞÜNASLIĞINDA” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
12.04.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “YAZILI ABİDƏLƏRİN GÖRKƏMLİ TƏDQİQATÇISI HƏMİD ARASLI” MÖVZUSUNDA ELMİ SESSİYA KEÇİRİLİB
12.02.19 ELMİ ŞURADA PAŞA KƏRİMOVUN 60 İLLİK YUBİLEYİ QEYD OLUNUB
18.01.19 ƏLYAZMALAR İNSTİTUTUNDA 20 YANVARA HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla