ƏLYAZMALAR İNSTİTUTUNDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİ YAD EDİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİ YAD EDİLİB

11.12.19. Oxunma sayı: 109 TƏDBİRLƏR
Dekabrın 11-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Əvvəlcə ümummilili liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli tədbiri açıq elan edərək Heydər Əliyev dühası haqqında giriş nitqi söyləyib. Akademik bildirib ki, Əlyazmalar İnstitutu bilavasitə Heydər Əliyevin diqqət və qayğısı ilə bağlı olan bir müəssisədir. Belə ki, bu müəssisənin bir institut kimi formalaşması və layiqli bir binada yerləşdirilməsi Heydər Əliyevin xidmətidir. Heydər Əliyev mədəni-mənəvi irsimizin gözəl bilicisi, klassik ədəbiyyatımızın himayəçisi olub deyə, Teymur Kərimli vurğulayıb.
Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov çıxışında ümummilli lideri müasir və gələcək Azərbaycanın memarı adlandırıb. Bildirib ki, hələ fond kimi fəaliyyət göstərən müəssisəmizə dəfələrlə baş çəkən Heydər Əliyevin buranın instituta çevrilməsində, instituta dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adının verilməsindəki rolu əvəzedilməzdir. Professor Kitabi Dədə Qorqudun yubileyinin keçirildiyi dövrü yada salaraq qeyd edib ki, Heydər Əliyev bütün türk dünyasının Bakıya toplaşmasının təşəbbüskarı olub və biz onun sayəsində Dədə Qorqud abidəsinin əsl varisi olduğumuzu beynəlxalq aləmdə sübut edə bilmişik.
İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov Heydər Əliyevin Sovet rejimində Azərbaycan mədəniyyəti uğrunda apardığı mücadilələrdən və bu mücadilələrdən üzüağ çıxmasından bəhs edib.
Ümummilli liderin Azərbaycan ədəbiyyatı və mədəniyyətinə göstərdiyi qayğıdan söz açan digər çıxışçı – tarix üzrə elmlər doktoru Tahirə Həsənzadə Heydər Əliyevin Əlyazmalar İnstitutuna yüksək qiymət verdiyini xüsusilə vurğulayıb.
Bütün çıxışçılar bugünkü firavan Azərbaycanın ümummilli lider Heydər Əliyevin əsəri olduğunu və onun xatirəsinin hər zaman əziz tutulacağını vurğulayıblar.







скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
18.01.19 ƏLYAZMALAR İNSTİTUTUNDA 20 YANVARA HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla