AKADEMİK TEYMUR KƏRİMLİ MOLDOVADA NƏSİMİNİN YUBİLEYİ İLƏ BAĞLI TƏDBİRƏ QATILIB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



AKADEMİK TEYMUR KƏRİMLİ MOLDOVADA NƏSİMİNİN YUBİLEYİ İLƏ BAĞLI TƏDBİRƏ QATILIB

06.12.19. Oxunma sayı: 109 NƏSİMİ-650 / EZAMİYYƏLƏR
5 dekabr tarixində Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəsimi dünya dilində” adlı tədbir keçirilib. Mədəni mərasim Moldovanın Təhsil, Mədəniyyət və Tədqiqat Nazirliyi, Azərbaycanın Moldovadakı Səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY və Moldova Milli Kitabxanasının birgə təşkilatçılığı ilə baş tutub.
Azərbaycandan tədbirə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, AMEA HEB-in akademik-katibi, akademik Teymur Kərimli dəvət olunub. Tədbir çərçivəsində Teymur Kərimli tanınmış alimlərlə Nəsimi yaradıcılığı haqqında fikir mübadiləsi aparıb, AMEA-da Nəsimi yubileyi ilə bağlı görülən işlər barədə geniş məlumat verib. Tədbir iştirakçıları Azərbaycan kitablarından, o cümlədən Nəsiminin əsərlərindən ibarət sərgi ilə də tanış olublar.




скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
20.06.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ BOSNİYA VƏ HERSEQOVİNADA ELMİ EZAMİYYƏTDƏ OLUB
31.05.19 AKADEMİK TEYMUR KƏRİMLİNİN "NƏSİMİ HUMANİZMİNİN ÜMUMBƏŞƏRİ ƏHƏMİYYƏTİ" MÖVZUSUNDA MƏRUZƏSİ DİNLƏNİLİB
12.03.19 NƏSİMİNİN 650 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB
06.03.19 AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla