MİNİATÜRLÜ ƏLYAZMALAR KATALOQU ÇAPDAN ÇIXIB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



MİNİATÜRLÜ ƏLYAZMALAR KATALOQU ÇAPDAN ÇIXIB

04.12.19. Oxunma sayı: 119 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda miniatürlü əlyazmalar kataloqu nəşr olunub. Kitabda institutun əlyazma xəzinəsində saxlanılan ən dəyərli miniatürlü əlyazmalar, onların müəllifləri, köçürülmə tarixləri, ölçüləri, paleoqrafik xüsusiyyətləri, hər bir əlyazmadakı miniatürlərin sayı, özəllikləri barədə məlumat verilib. Əsasən XV-XIX əsrlərə aid olan bu əlyazmalar Yaxın və Orta Şərqin böyük sənətkarları – Firdovsi, Nizami, Sədi, Hafiz, Nəvai və Füzulinin əsərləri ilə zəngindir. İnstitutda mühafizə olunan əlyazmalardakı bir sıra olduqca nəfis rəngli miniatürlərin fotoşəkilləri də nəşrə daxil edilib.
Kataloq Azərbaycan miniatür sənətinin, kitab mədəniyyətinin, ümumiyyətlə mədəni irsimizin öyrənilməsi baxımından böyük maraq doğurur.
Kataloqun müəllifi ilahiyyat üzrə fəlsəfə doktoru Nailə Süleymanova, elmi redaktoru Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimovdur.
OXŞAR XƏBƏRLƏR:

19.11.19 “MƏDƏNİ, TARİXİ DƏYƏRLƏR SİSTEMİNDƏ İNFORMASİYA MƏDƏNİYYƏTİ VƏ KİTABXANALAR” ADLI NƏŞR İŞIQ ÜZÜ GÖRÜB
17.07.19 AZƏRBAYCANDA İLK DƏFƏ ƏLYAZMALAR İNSTİTUTUNDAKI TÜRKDİLLİ ƏLYAZMALARIN TOPLU KATALOQU NƏŞR OLUNUB
29.06.18 İSLAM ƏQAİDİ VƏ DİNİ-FƏLSƏFİ ELMLƏR SIRASINDA ONUN YERİ
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla