ŞAHMAT HAQQINDA MARAQLI KİTAB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ŞAHMAT HAQQINDA MARAQLI KİTAB

02.04.18. Oxunma sayı: 344 NƏŞRLƏR

Vəli Vəliyev. Şahmat milyonlarla insanın sevimli oyunudur. Bakı: “Elm və təhsil”, 2018, 268 səh.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı C.Naxçivanski adına Hərbi Liseyin ana dili və ədəbiyyatı müəllimi olmuş mərhum Vəli Vəliyevin vəfatının birilliyi ilə əlaqədar olaraq onun “Şahmat milyonlarla insanın sevimli oyunudur” adlı kitabını nəşr edib. Kitab AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun “Multidissiplinar əlyazmalar və çap kitabları” şöbəsinin qərarı ilə işıq üzü görüb.
Dörd hissədən ibarət olan kitabda dərin düşünmə və təhlil etmə qabiliyyətini artıran, möhkəm iradə tərbiyə edən, “ağlın gimnastikası” kimi dəyərləndirilən şahmat oyununun zəngin yaradıcı məzmunu, şahmat strategiyasının qurulması, dünyanın qabaqcıl şahmatçılarının oyun taktikası, şahmatın böyük tərbiyəvi əhəmiyyəti haqqında məlumat verilir.
Kitabı mərhumun həyat yoldaşı Laləzar Həsənova çapa hazırlamışdır. Onu da qeyd edək ki, “Şahmat milyonlarla insanın sevimli oyunudur” Vəli Vəliyevin ikinci kitabıdır. Müəllifin “Abbasqulu ağa Bakıxanovun dilçilik fəaliyyəti” adlı monoqrafiyası 2012-ci ildə nəşr olunub.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB
14.03.18 YAPON MÜTƏXƏSSİS ƏLYAZMALAR İNSTİTUTUNDA
26.02.18 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ANIM MƏRASİMİ KEÇİRİLİB
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB
30.11.17 AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla