NƏSİMİ ARDICILI SÜRURİNİN DİVANININ AVTOQRAF NÜSXƏSİ AŞKAR EDİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



NƏSİMİ ARDICILI SÜRURİNİN DİVANININ AVTOQRAF NÜSXƏSİ AŞKAR EDİLİB

25.11.19. Oxunma sayı: 248 YENİ DAXİLOLMALAR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov ABŞ-ın Kaliforniya Universitetinin kitabxanasından Nəsimi ardıcılı, hürufi şair Sürurinin anadilli divanının avtoqraf nüsxəsinin surətini əldə edib. İndiyədək şairin divanının Vatikanın Apostol, İstanbulun Süleymaniyyə və Manisanın şəhər kitabxanalarında saxlanan divanlarının nüsxələri əldə edilmişdi. Nəstəliq xətti ilə, müəllif tərəfindən köçürülən Kaliforniya nüsxəsi 120 vərəqdən ibarətdir. Bura Azərbaycan türkcəsində yazılmış 424 qəzəl, 3 qəsidə, qitə, müəmma, mətlə və müfrədlər, farsca 31 qəzəl və bir məqtə daxildir. Divanın əvvəldən natamam dibaçəsində müəllif göstərir ki, indiyədək çoxlu şeirlər yazıb, lakin onların çoxu diqqətsizlikdən ucbatından itib. Şair dostlarının xahişi ilə şeirlərini toplayıb divan tərtibi ənənəsinə uyğun olaraq ərəb əlifbası ardıcıllığı ilə düzüb. Dibaçədə osmanlı imperatoru Sultan Süleymanı (hakimiyyət illəri 1520-1526) mədh edən şeir verilib. Bu isə sübut edir ki, şair bir sıra təzkirələdə deyildiyi kimi I Sultan Səlim və Şah İsmayıl Xətainin dövründə deyil, daha sonralar vəfat edib. Şeirlərdən 215-i XV-XVI əsrlərdə yaşamış, Nicati, Zati, Xəyali, Əhməd Paşa, Bahari, Fəqiri, Nişati, İshaq Çələbi kimi osmanlı şairlərinin qəzəllərinə nəzirələrdir.
XV-XVI əsrlər Azərbaycan ədəbiyyatının araşdırılması baxımından bu divan böyük maraq kəsb edir.скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

18.04.19 MOLLA CÜMƏNİN GÜRCÜ ƏLİFBASI İLƏ KÖÇÜRÜLMÜŞ ŞEİRLƏR TOPLUSU AŞKAR EDİLİB
21.01.19 NƏSİMİNİN “HÜSEYNİ” TƏXƏLLÜSÜ İLƏ YAZDIĞI ŞEİRLƏRİ AŞKAR EDİLİB
21.09.18 XVIII ƏSR AZƏRBAYCAN ŞAİRİNİN ANA DİLİMİZDƏ ŞEİRLƏRİ AŞKARLANIB
06.09.18 NƏSİMİNİN TÜRK DİVANININ ƏLYAZMA NÜSXƏSİNİN SURƏTİ BAKIYA GƏTİRİLİB
05.09.18 NƏŞƏ TƏBRİZİNİN DİVANI ƏLDƏ EDİLMİŞDİR

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla