DAŞKƏNDDƏ ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİNİN NİZAMİ İLƏ BAĞLI MONOQRAFİYASININ TƏQDİMATI OLUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



DAŞKƏNDDƏ ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİNİN NİZAMİ İLƏ BAĞLI MONOQRAFİYASININ TƏQDİMATI OLUB

22.11.19. Oxunma sayı: 76 NAİLİYYƏTLƏR
Noyabrın 21-də Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində (DDPU) AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadənin “Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında” monoqrafiyasının təqdimatı keçirilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycan tərəfdən klassik ədəbiyyatımızın gözəl bilicisi, filologiya elmlər doktoru Lalə Əlizadə, DDPU-nin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Universitetin müəllimi, dosent Marxabo Sabirova qonağa bu ali məktəb haqqında məlumat verib, qeyd edib ki, universitet 1947-ci ildən böyük Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. Alim universitetdə Nizami irsi ilə əlaqədar aparılan elmi-tədqiqat işlərindən söhbət açıb, təqdim olunan kitabın əhəmiyyətindən danışıb.
AMM direktorunun müavini Polad Zeynalov mərkəzin fəaliyyəti haqqında məlumat verərək bildirib ki, Özbəkistanın bir sıra universitetlərində, o cümlədən bu ali məktəbdə “Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzi” yaradılıb və uğurla fəaliyyət göstərir.
Lalə Əlizadə bu il Bakıda çap olunan adıgedən kitab haqqında ətraflı məlumat verib, monoqrafiyanın müəllifi Əzizağa Nəcəfzadənin klassik Azərbaycan ədəbiyyatı, Nizami, Füzuli yaradıcılığı istiqamətində ciddi araşdırmalar apardığını vurğulayıb. Alim bildirib ki, bu qiymətli kitabda da XIX əsirin əvvəllərindən başlayaraq iki əsrlik bir müddətdə Azərbaycan nizamişünaslığında Nizami Gəncəvinin yeri və mövqeyi haqqında danışılır, böyük şairin yaradıcılığında türklüyə xüsusi rəğbətin elmi əsaslarla sübuta yetirilməsi tarixi-xronoloji ardıcıllıqla təhlil edilir.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

14.10.19 MİLLİ KİTABXANADA DOSENT ƏZİZAĞA NƏCƏFZADƏNİN “NİZAMİNİN TÜRKLÜYÜ VƏ TÜRKLÜYƏ MÜNASİBƏTİ AZƏRBAYCAN NİZAMİŞÜNASLIĞINDA” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
11.12.18 İNSTİTUT DOKTORANTURA VƏ DİSSERTANTURAYA QƏBUL ELAN EDİR
20.10.17 TAHİRƏ HƏSƏNZADƏ - 75
02.10.17 CAHANGİR QƏHRƏMANOV - 90
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla